Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

ucalmaq [ucalmax] feil

1. Daha da yüksəlmək, qalxmaq, yuxarıya doğru artmaq, boy atmaq, qalxmaq. □ Suyun səviyyəsi xeyli ucalmışdır. Binanın divarları gündən-günə ucalır. Boyu ucalmaq.

2. Uzaqdan görünmək (uca şeylər haqqında). □ Artıq Şuşa şəhəri görünür, Xanqızının ağ imarəti ucalır. (S.Rəhimov).

3. Qalxmaq, qopmaq, yüksəlmək, güclənmək, ucadan eşidilmək (səs haqqında). □ Tarın səsi get-gedə ucalırdı.

4. Məcazi mənada: hörməti, nüfuzu artmaq, yüksəlmək, hörmətə minmək. □ Camaat arasında ucalmaq.

5. Məcazi mənada: yüksəklərə qalxmaq, göyə qalxmaq. □ ..Qırmızı bayraqlar ucalmış göyə; Hazırlıq görürlər, qovğa var deyə. (A.Şaiq).

Həmçinin bax:

frazeologizm: gözündə ucalmaq Azərbaycan dilinin izahlı lüğəti