1. Uyğunlaşdırmaq, uyğun bir hala salmaq, müvafiqləşdirmək, uyuşdurmaq, həmahəng etmək.
2. Bir şey, bir məsələ haqqında danışıb müəyyən fikrə gəlmək, bir şey haqqında razılığa gəlmək. □ Hərəkət planını uzlaşdırmaq. Məsələni yuxarı təşkilatla uzlaşdırmaq.
3. Dilçilik. Sözü, asılı olduğu sözlə cins, kəmiyyət, hallanma, ya şəxsə görə uyğunlaşdırmaq.
Azərbaycan dilinin izahlı lüğəti1. Uyğunlaşmaq, uyğun gəlmək, müvafiq olmaq, həmahəng olmaq, düz gəlmək. □ Yeni layihə əvvəlki ilə tamamilə uzlaşır. Onun sözü işi ilə uzlaşmır.
2. Sözləşmək, şərtləşmək, qərarlaşmaq, danışıb razılığını almaq. □ Əvvəlcə yoldaşlarla danışıb uzlaşmaq lazımdır.
3. Dilçilik. Cümlədə asılı olduğu sözün durduğu kəmiyyətdə, halda və ya şəxsdə durmaq. □ Cümlədə xəbər mübtəda ilə uzlaşmalıdır.
Azərbaycan dilinin izahlı lüğəti1. İki ucunun arası çox, çox olan, uzunluğu bir qədər (lüzumundan) artıq olan. □ Uzun ağac. Uzun ip. Uzun tir. Uzun saç. Uzun palto. Uzun köynək. Paltarın qolu uzundur, gödəltmək lazımdır.
2. Boyca hündür, ucaboylu. □ Uzun qamət. Uzun boy.
3. Uzunsürən, çoxsürən, uzun müddət davam edən, sürəkli, davamlı, arasıkəsilməyən. □ Uzun məruzə. Uzun tənəffüs. Uzun mübahisə.
4. Zərf kimi: daim, arasıkəsilmədən, həmişə. □ Uzun danışmaq.
5. Lüzumundan artıq, təfsilatlı. □ Uzun söhbət açmaq. Uzun təfərrüat.
6. Məcazi mənada: qurtarmayan, həlli çətin, tez başa gəlməyən; dolaşıq, yorucu. □ Uzun iş. Məsələ uzundur. Uzun həngamədir.
7. Uzunu şəklində – uzunluğu, uzununa ölçüsü, boyu. □ Xalçanın eni bir, uzunu iki metrdir.
8. Uzunu şəklində – ...boyunca, ...davamınca, ...uzunluğunda. □ Küçə uzunu bir-birinin ardınca maşınlar düzülüb. Zal uzunu xalçalar döşənib.
Həmçinin bax: