1. Bir qədər uzaq etmək, uzağa çəkmək, kənara çəkmək. □ Stolu özündən uzaqlaşdırmaq. Hədəfi on metr uzaqlaşdırmaq.
2. Getməyə, bir yeri tərk etməyə məcbur etmək. □ Qəhrəman balaca Sabiri arıxanadan uzaqlaşdırırdı. (S.Rəhimov).
3. Bir şeyin vaxtını gecikdirmək, daha uzaq bir vaxta keçirmək. □ Gözlənilməz hadisə məsələnin həllini uzaqlaşdırdı.
4. Əlaqələri kəsmək, yadlaşdırmaq, uzaqlaşmasına, əlaqəni kəsməsinə, yadlaşmasına səbəb olmaq. □ Onun bu münasibəti məni ondan uzaqlaşdırdı.
5. Qovmaq, rədd etmək, yaxın qoymamaq (bəzən “başından”, “özündən” və s. sözlərlə işlənir). □ Murad gözlərini açdı. Ayağa qalxdı, damağına hücum edən qara fikirləri özündən uzaqlaşdırmaq istədi. (S.Hüseyn).
Azərbaycan dilinin izahlı lüğəti1. Daha uzağa, uzaq məsafəyə getmək, çox aralanmaq, getdikcə uzaq olmaq. □ Qəsəbədən uzaqlaşmaq. Çaydan uzaqlaşmaq.
2. Aralanıb getmək. □ Ceyran məndən uzaqlaşıb getdi. (S.Hüseyn).
3. Başlanmış bir şeyi buraxıb başqasına keçmək, əsil məqsəddən kənara çıxmaq. □ Mətləbdən uzaqlaşmaq. Əsil məqsəddən uzaqlaşmaq. Əsas mövzudan uzaqlaşmaq.
4. Yan qaçmaq, kənar qaçmaq, yaxınlaşmamaq, uzaq gəzmək, daha görüşməmək, əlaqə saxlamamaq, getdikcə yadlaşmaq. □ Yoldaşlarından uzaqlaşmaq. Nə üçün hamıdan belə uzaqlaşmısan? O, yavaş-yavaş ev-eşiyindən uzaqlaşdı.
5. Durduğu və ya durmalı olduğu yeri tərk etmək, ondan aralanmaq, aralı düşmək. □ Belə qorxulu vaxtda postdan uzaqlaşmaq olarmı? (H.Nəzərli).
6. Getdikcə uzaqdan eşidilmək və ya görünmək. □ Gurultu səsi getdikcə uzaqlaşır. Gəminin işıqları get-gedə bizdən uzaqlaşırdı.
7. Zaman etibarilə uzağa getmək, üstündən çox vaxt (aylar, illər, əsrlər) keçmək. □ Daşlarda, qayalarda izi qaldı; Uzaqlaşan hər əsrin. (O.Sarıvəlli).
8. Məcazi mənada: məşğul olduğu bir işi getdikcə tərk etməyə başlamaq, atmaq, onunla daha məşğul olmamaq. □ ...Qəhrəman kitabdan, yazı-pozudan uzaqlaşır, özünü çöl işinə verirdi. (S.Rəhimov).
Azərbaycan dilinin izahlı lüğəti1. Məsafəcə uzunluq, məsafəcə yaxın olmama; uzaq olma, iraqlıq, iki müəyyən nöqtə arasındakı məsafə. □ Yolun uzaqlığı. Səfərin uzaqlığı. Ulduzların uzaqlığı. Məsafənin uzaqlığı. Mərmi uçuşunun uzaqlığı. Atış uzaqlığı.
2. Uzaqda olan, uzaqlarda görünən şey, ya şeylər. □ Planetlər, uçulub dağılan o dəhşətli uzaqlıqlar daima mənə qədim bir əfsanə kimi gözəl və irişilməz görünürdü. (Ə.Məmmədxanlı).
3. Zamanca, dövr etibarilə yaxın olmama, uzaq olma, aradan çox zaman keçmə. □ Hadisələrin uzaqlığı.
Həmçinin bax:
1. Müşahidəçidən uzaq cismə (şeyə) qədər olan məsafəni bilavasitə ölçmədən müəyyən etmək üçün xüsusi cihaz. □ Optik uzaqlıqölçən.
2. Sifət kimi müşahidəçidən uzaq cismə (şeyə) qədər olan məsafəni bilavasitə ölçmədən müəyyən etmək üçün olan. □ Uzaqlıqölçən cihaz.