1. Olmamış, ya olmayan bir şeyi öz xəyalında yaratmaq, özündən düzəltmək, özündən quraşdırmaq; qondarmaq. □ ...hər halda bir bəhanə uydurmağı qərara aldı. (M.İbrahimov).
2. Məcazi mənada: yuxulatmaq, gözünü bağlamaq, iğfal etmək. □ ...o səni həyatdan gizlədir, uydurur, o səni öz istədiyi kimi yağışdan çıxarıb yağmura salacaqdır. (C.Cabbarlı).
3. Uyğunlaşdırmaq, uyuşdurmaq, uyğun hala gətirmək, uyğun etmək. □ Oxşadır səsini bir komandana; Ayaqlar özünü uydurur ona. (S.Vurğun).
Azərbaycan dilinin izahlı lüğəti