1. Bir adamı, şeyi və s. görərkən, keçmişdə onunla tanış olduğunu, tanışlığını xatırlamaq. □ At minən atasını tanımaz. (Atalar sözü).
2. Tanış olmaq, tanışlığı olmaq. □ ..Bəy, sən onun özünü tanımasan da, atasını yaxşı tanıyarsan. (Ü.Hacıbəyli).
3. Bilmək, başqalarından fərqləndirmək, ayırd edə bilmək, fərqləndirə bilmək, kim olduğunu seçmək. □ Namərdlə mərdi tanı; El sevər mərd atanı; Oğul fərsiz çıxanda; Öldürər dərd atanı. (Bayatı).
4. Bir adam və onun bütün xüsusiyyətləri haqqında aydın təsəvvürü olmaq, onu yaxşı bilmək. □ Mən onu tanıyıram, o belə iş görməz.
5. İtaət etmək, tabe olmaq. □ Kiçik böyüyü tanımayanda iş görmək çətindir.
6. Saymaq, əhəmiyyət vermək, hesablaşmaq. □ ..Kəlbəli qudurub, məni tanımaq istəmir. Onun burnunu ovmaq lazımdır. (Y.V.Çəmənzəminli).
7. Politologiya. Yeni dövləti rəsmi dövlət kimi qəbul edib, onunla diplomatik əlaqə yaratmaq. □ Afrikada yaranmış yeni dövlətləri tanımaq.
Həmçinin bax:
1. Tanınmayacaq dərəcədə dəyişmiş, tanınmayacaq şəklə düşmüş, çox dəyişilmiş, əvvəlki vəziyyətindən heç bir əsər-əlamət qalmamış. □ Zavod tanınmaz dərəcədə genişləndiriləcəkdir.
2. Sifət kimi: tanınmayacaq dərəcədə dəyişmiş, tanınmayacaq şəklə düşmüş, çox dəyişilmiş, əvvəlki vəziyyətindən heç bir əsər-əlamət qalmamış.
3. Tanış olmayan, tanınmayan, tanına bilməyən.
4. Sifət kimi: tanış olmayan, tanınmayan, tanına bilməyən. □ Qız zənn edir, səfərdən gəlir knyaz; Birdən görür, bir qonaqdır tanınmaz. (A.Səhhət).
1. Tanışlığı olan, əvvəllər görüşmüş, bir-birini tanıyan. □ İndidən hər kəs ki tanış kəndlilərindən birinə rast gəlir, qaçıb kəndlinin qabağını kəsib deyir. (C.Məmmədquluzadə).
2. İsim kimi: tanış adam. □ Aşiq harada qaldı; Piltə yarada qaldı; Vətən uzaq, tanış yox; Meyid arada qaldı. (Bayatı).
3. Qabaqlar təsadüf olunmuş; məlum, bələd. □ Tanış bir səs nagahani bir zərbə kimi .. sarsıtdı. (M.İbrahimov).
Həmçinin bax: