1. Bir adamı, şeyi və s. görərkən, keçmişdə onunla tanış olduğunu, tanışlığını xatırlamaq. □ At minən atasını tanımaz. (Atalar sözü).
2. Tanış olmaq, tanışlığı olmaq. □ ..Bəy, sən onun özünü tanımasan da, atasını yaxşı tanıyarsan. (Ü.Hacıbəyli).
3. Bilmək, başqalarından fərqləndirmək, ayırd edə bilmək, fərqləndirə bilmək, kim olduğunu seçmək. □ Namərdlə mərdi tanı; El sevər mərd atanı; Oğul fərsiz çıxanda; Öldürər dərd atanı. (Bayatı).
4. Bir adam və onun bütün xüsusiyyətləri haqqında aydın təsəvvürü olmaq, onu yaxşı bilmək. □ Mən onu tanıyıram, o belə iş görməz.
5. İtaət etmək, tabe olmaq. □ Kiçik böyüyü tanımayanda iş görmək çətindir.
6. Saymaq, əhəmiyyət vermək, hesablaşmaq. □ ..Kəlbəli qudurub, məni tanımaq istəmir. Onun burnunu ovmaq lazımdır. (Y.V.Çəmənzəminli).
7. Politologiya. Yeni dövləti rəsmi dövlət kimi qəbul edib, onunla diplomatik əlaqə yaratmaq. □ Afrikada yaranmış yeni dövlətləri tanımaq.
See also: