1. Ayağa durmaq, dik vəziyyət almaq. □ Böyük içəri daxil olanda kiçik ayağa qalxmalıdır.
2. Yuxudan ayılıb yatağından durmaq. □ Gecənin yarısı qalxıb yataqdan; Tökdüm qabağıma şeirlərimi. (B.Vahabzadə).
3. Sağalmaq. □ Belə getsə xəstə tezliklə qalxar ayağa.
4. Bir şeyin üstünə, təpəsinə, başına çıxmaq; yuxarı çıxmaq, dırmaşmaq. □ Hər yay olduğu kimi, sürü yaylağa qalxdı.
5. Yüksəlmək. Daha yüksək bir vəziyyət almaq. □ Qaşları qalxdı. Gün iki cida boyu qalxmışdı.(Mir Cəlal ).
6. Qabarmaq, şişib böyümək. □ Relslər yanında torpaq bir girdab kimi köprüyüb qalxırdı. (Ə.Məmmədxanlı).
7. Hərəkətə gəlmək, hərəkətə başlamaq, ayağa qalxmaq, qalxışmaq, qiyam etmək. □ Bütün xalq işğalçılara qarşı qalxdı.
8. Səviyyəsi artmaq, daha da yüksəlmək. □ Çayın suyu qalxmışdır. Barometr qalxmışdır.
9. Daha da güclənmək, artmaq. □ Gecə uşağın qızdırması yenə qalxdı.
10. Vəzifəsi, rütbəsi, mövqeyi, nüfuzu yüksəlmək, tərəqqi etmək, irəliləmək. □ O, elm sahəsində xeyli qalxmışdır.
11. Birdən başlamaq, qopmaq, ucalmaq, artmaq və s. mənasında olaraq, köməkçi feil kimi bir sıra isimlərin qabağına gətirilir. □ Dənizdə tufan qalxır. Xəzərin ağ köpüklü çılğın dalğaları sahili gəmirirdi. (M.Hüseyn).
Həmçinin bax:
1. Bir şeyin, işləndikdən sonra artıq qalmış hissəsi, parçası. Tullantı. İstehsalat qalıqları. □ Dümbər papiros qalığını ayağı ilə basıb söndürdü. (S.Rəhman).
2. Verginin və s. vaxtında ödənilməmiş hissəsi. □ Ötən ilin vergi qalıqları cari ilin üçüncü ayına qədər ödənməlidir.
3. Keçmişdə olmuş bir şeyin qalmış izləri. □ Arxeoloji qazıntılar zamanı qədim şəhərin qalıqları aşkarlandı.
4. Riyaziyyat. Bir ədədi digərinə bölərkən qalan kəmiyyət.
Həmçinin bax:
1. Kütləsi köndələn vəziyyətdə çox yer tutan, yoğun. □ Qalın divar. Qalın döşək.
2. Bir-birinə çox yaxın ağaclardan, kollardan ibarət olan; sıx. □ Gün çıxıb, dağ başından uçdu duman; Qaralırdı qalın, qara orman. ( A.Səhhət).
3. Kəsif, qəliz, qeyri-şəffaf. □ .. otaq qalın bir qaranlığa büründüyündən nə yapdığını seçə bilmirdi. (S.Hüseyn).
4. Məcazi mənada: kobud, qaba.
Həmçinin bax: