1. Bir parça, bir tikə, yarım, yaxud bütöv bir şeyin yarısı; parçası, tikəsi. □ .. kəsdiyi almanın parasını Güllüyə uzatdı.. (B.Bayramov).
2. Məcazi mənada: obrazlı təşbehlərdə yarısı, parçası. □ Qaşlarının qarası; Sənsən bağrım parası; Bir oğlan, bir qız ola; Birgüllü mağarası. (Bayatı).
3. Bir para şəklində – bəzi, bəzisi. □ Bir para şəxslər. Bir para məsələlər.
4. Rəqəmlərdən sonra və “kənd” sözündən əvvəl işlədilir. □ ..Azərbaycan və Mazandaranda altmış para kəndiniz var... (M.İbrahimov).
Pul. □ Qaradır, amma paradır. (Atalar sözü).
Həmçinin bax:
1. Riyaziyyat. Bütün nöqtələri bir nöqtədən (fokusdan) və bir düz xətdən (direktrisadan) eyni məsafədə olan qeyri-qapalı əyri.
2. Dairəvi “boşqab” şəklində olan anten; əksetdirici, peyklərə siqnal göndərmək, ya da peyklərdən siqnal almaq üçün istifadə edilən anten.
Azərbaycan dilinin izahlı lüğəti1. Kimya. Neftdən, habelə torf və ya boz kömürdən quru distillə yolu ilə alınan mumaoxşar ağ və ya sarımtıl maddə.
2. Neftdən, habelə torf və ya boz kömürdən quru distillə yolu ilə alınan mumaoxşar ağ və ya sarımtıl maddədən düzəldilmiş. □ Parafin şam.
Azərbaycan dilinin izahlı lüğəti