1. Ovulmuş hala salmaq, narın etmək, narınlaşdırmaq.
2. Yuyub qazımaq (dağıtmaq), yuyub aparmaq, deşmək.
Bax: ovuşdurmaq.
Tikiş tikərkən iynə batmamaq üçün barmağa keçirilən bir ucu bağlı metal və ya başqa materialdan qalpaqcıq; üskük.
Kənd, el. □ ...niyə, bir oymağın adamları deyilikmi? (Ə.Haqverdiyev).
Azərbaycan dilinin izahlı lüğəti1. Mütəhərrik, oynar, oynayan, daim hərəkətdə olan. □ O baxışlarda dalğadan oynaq; Bir şəfəq var ki, nurdan şəffaf! (A.Şaiq).
2. Oynağan, şux. □ Qapı laybalay açıldı. Gülər ürkək və oynaq bir dağ keçisi kimi irəli yeridi. (C.Cabbarlı).
3. Məcazi mənada: şux, şən, gümrah; cilvəli, işvəkar, şux. □ Həmişə sərt görünən Mərdan indi oynaq bir hal alaraq nəşə saçırdı. (Y.V.Çəmənzəminli).
4. Məcazi mənada: ifadəli, təsirli, canlı; danışığa, sözə, üsluba yüngüllük, oynaqlıq, gözəllik verən. □ Oynaq dil. Oynaq ifadələr.
Anatomiya. Buğum, məfsəl.
Bax: oylaq.
Azərbaycan dilinin izahlı lüğəti1. Oynaq şeyin halı; mütəhərriklik, qərarsızlıq. □ Payız havasının oynaqlığındanmı, yoxsa Bakı ilə buranın arasındakı məsafənin uzaq olmasındanmı, nə isə hava xeyli dəyişmişdi. (M.Rzaquluzadə).
2. Daim oynaqlama, atılıb-düşmə, oynama xasiyyəti; qərarsızlıq.
3. Məcazi mənada: şuxluq, işvəkarlıq.
4. İfadəlilik, gözəllik, yüngüllük, canlılıq. □ Nitqin oynaqlığı.
1. Oyuncaqla, yaxud əyləncə üçün olan oyunlardan biri ilə məşğul olmaq, onunla vaxtını keçirmək; əylənmək. □ Qaçdı-tutdu oynamaq. Gəlinciklə oynamaq. Uşaq bütün günü oynayır.
2. İstirahət və ya əylənmək məqsədilə idman növlərindən biri ilə məşğul olmaq. □ Şahmat oynamaq. Bilyard oynamaq. Nərd oynamaq.
3. Oynamaq üçün bir şeydən istifadə etmək. □ Topla oynamaq.
4. Məcazi mənada: bir şeylə qeyri-ciddi məşğul olmaq, özünü işləyən kimi göstərmək. □ O işləmir, oynayır.
5. Boş vaxt keçirmək, vaxtını öldürmək, boş şeylərlə məşğul olmaq, əylənmək.
...mən həyata oynamağa gəlmirəm. (Mir Cəlal).
6. Bir şeylə oyuncaq kimi rəftar etmək, bir şeyi məqsədsiz olaraq əlində oynatmaq, fırlatmaq və s. □ Açarla oynamaq. Əlindəki qaşıqla oynamaq.
7. Məcazi mənada: bir şəxsə və ya şeyə oyuncaq, əyləncə kimi baxmaq, birinin arzu və iradəsi ilə hesablaşmayaraq onunla istədiyi kimi rəftar etmək. □ Adamlarla oynamaq olmaz. Əsəbləri ilə oynamaq.
8. Əylənmək, özü üçün oyuncağa, əyləncəyə döndərmək. □ Şirzad anladı ki, Yarməmməd mənliyi ilə oynayır. (M.İbrahimov).
9. Bir-biri ilə oynamaq; əylənmək.
10. Məcazi mənada: sürətlə o tərəf bu tərəfə hərəkət etmək, hərəkət edərək tərpənmək. □ Dənizdə dalğalar oynayır.
11. Məcazi mənada: şəfəqlənərək, bir şeyin üzərində, yaxud bir şeydən inikas etmək, parlamaq, bərq vurmaq; sayrışmaq. □ Göydə ulduzlar oynayır.
12. Təzahür etmək, görünmək, görsənmək, görünüb yox olmaq. □ Böyük bir maraqla açılan gözlərdə indi hədd-hüdudu olmayan bir təşviş və həyəcan kölgələri oynayırdı. (Ə.Əbülhəsən).
13. Rəqs etmək. □ Yallı oynamaq. Vals oynamaq.
14. Teatr tamaşasında, kinoda, pyesdə və s.-də müəyyən rolu ifa etmək; tamaşaya qoymaq, göstərmək. □ Qəhrəman rolunda kim oynayır?
Həmçinin bax: