1. Nazik olmaq, nazik hala düşmək; incələşmək. □ ...onların başlarının çanağı nazikləşir və kiçilir. (C.Məmmədquluzadə).
2. Arıqlamaq, cılızlaşmaq, zəifləşmək, incəlmək. □ ...gün-gündən bət-bənizi saralır, qolu-qıçı nazikləşirdi. (Ə.Vəliyev).
3. Getdikcə incələşmək, naziklənmək. □ Sona uclara doğru nazikləşən qalın qara qaşlarını çatıb dedi. (B.Bayramov).
1. Nazik şeyin halı. □ Parçanın nazikliyi. Hər şey nazikliyindən sınsa, insan yoğunluğundan sınar. (Atalar sözü).
2. Məcazi mənada: incəlik, həssaslıq, riqqət. □ ...Kərbəlayı, mən harda idim sən Zinət xanım ilə bu naziklikdə söhbət edəndə? (N.Vəzirov).