Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

nazikləşmək [na:zix'ləşməx'] feil

1. Nazik olmaq, nazik hala düşmək; incələşmək. □ ...onların başlarının çanağı nazikləşir və kiçilir. (C.Məmmədquluzadə).
2. Arıqlamaq, cılızlaşmaq, zəifləşmək, incəlmək. □ ...gün-gündən bət-bənizi saralır, qolu-qıçı nazikləşirdi. (Ə.Vəliyev).
3. Getdikcə incələşmək, naziklənmək. □ Sona uclara doğru nazikləşən qalın qara qaşlarını çatıb dedi. (B.Bayramov).

Azərbaycan dilinin izahlı lüğəti