1. Dərindən içini çəkərək ağlamaq, hıçqıra-hıçqıra ağlamaq. □ Gülyaz yaylığının ucunu gözlərinə gətirdi, çiynini ata-ata hıçqırdı. (S.Rəhimov).
2. Hıçqırtı səsi çıxartmaq; gəyirmək. □ Kəngərli iki-üç dəfə hıçqırdıqdan sonra xəbər aldı.. (Ə.Vəliyev).
1. Müxtəlif cinsdən, növdən olan bitki və ya heyvanların hibridləşdirilməsi nəticəsində əmələ gələn yeni orqanizm; mələz. □ Hibridləşdirmə zamanı müxtəlif növdən olan fərdlər bir-birilə cütləşdirilir və bunlardan alınan balaya hibrid deyilir.
2. Sifət kimi: müxtəlif cinsdən, növdən olan bitki və ya heyvanların hibridləşdirilməsi nəticəsində əmələ gələn. □ Hibrid taxıl. Hibrid qoyun.
Müxtəlif bitki və ya heyvan növlərini keyfiyyətcə yeni, yaxşılaşdırılmış cins, növ almaq üçün cütləşdirmək; mələzləşdirmək. □ Qabaqtəpə arısı yüksəkməhsuldar arı cinsi yetişdirmək üçün xeyli əlverişlidir və istiqamətli hibridləşdirmək üçün qiymətli damazlıq materialdır.
Azərbaycan dilinin izahlı lüğəti