1. Botanika. İlin bütün fəsillərində çiçək açan cır qızılgül növü. □ Saib saxsıdakı yeni açmış həmişəbaharı məzar üzərinə qoyub geri çəkilər. (H.Cavid).
2. Həmişə öz təravətini saxlayan; həmişəcavan. □ ..Rəhmətlik kişi də deyərdi ki, həmişəbaharsan, ay Qəmər! (M.İbrahimov).
1. Həmişə olan, hər vaxt olan; hərvaxtkı, adi. □ Həmişəki qayda. Həmişəki iş.
2. Zərf kimi: həmişəkindən şəklində – həmişə olduğundan, adi qaydadan. □ Qız həmişəkindən daha artıq bir səmimiyyətlə onu qarşıladı. (M.İbrahimov).
3. “kimi” qoşması ilə – həmişəki kimi, həmişə, hər vaxt olduğu kimi, adi qaydasında. □ Qüdrət dinmədi, ayağa qalxdı və həmişəki kimi ağır-ağır yeriyib kabinetinə keçdi. (M.Hüseyn).