Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

həm [həm] bağlayıcı fars

1. Üstəlik, dəxi, ..da (də). □ Qəzetin yazmağına görə, bu növ şəxslər Naxçıvan fəqarəsində həm olublar. (N.Vəzirov).
2. Təkrar edilərək işləndikdə həmcins cümlə üzvlərini bir-birinə bağlayır. □ Həyat həm gülmək, həm ağlamaqdır. (M.Müşfiq).
3. Eyni vəzifədə təkrar edildikdə sonuncu “həm” bağlayıcısı “həm də” şəklində işlədilir və cümlənin bitdiyini, fikrin sona yetdiyini bildirir. □ Həbib çay içir, Gözəl fındıq sındırır, söhbət həm qızışır, həm də şirinləşirdi. (Ə.Vəliyev).

Qeyd: Həm.. mürəkkəb sözlərin əvvəlinə gətirilərək şəriklik, birgəlik, qarşılıq mənasını bildirən sifət və isimlər düzəldilir. Məsələn: həmsöhbət, həmrəy, həmsərhəd, həmyerli, həmvətən və s.

Həmçinin bax:

frazeologizm: mən həmdən-həmə, o, bəmdən-bəmə Azərbaycan dilinin izahlı lüğəti