1. Şənbədən bazar gününə qədər yeddi günə bərabər vaxt ölçüsü vahidi. □ Həftənin birinci günü.
2. Hər hansı gündən başlayaraq hesablanan yeddigünlük vaxt, müddət. □ Xəstəlik iki həftədən bəridir ki, davam edirdi. (M.S.Ordubadi).
3. Bir hadisəyə və ya bir şeyə, tədbirə həsr edilmiş yeddigünlük müddət. □ Yaşıllaşdırma həftəsi.
Həmçinin bax:
1. Rəqəmlərdən sonra gələrək işin neçə həftə davam etdiyini və ya etməli olduğunu göstərir. □ Dörd həftəlik ezamiyyət.
2. Sifət kimi: həftədə bir dəfə çıxan, buraxılan, çap olunan, bir həftəlik müddəti nəzərdə tutan, bir həftədə əldə edilən, alınan, istehsal olunan. □ Həftəlik jurnal. Həftəlik plan.
Həmçinin bax:
1. Ali tibb təhsili olan adam; təbib, doktor. □ Uşaq həkimi. Göz həkimi. Diş həkimi.
2. Keçmişdə, ümumiyyətlə, adamları, ya heyvanları müalicə etməklə məşğul olan adama verilən ad. □ Həkimlərin dediyinə görə, Atabəyin ciyərləri soyuqlamışdı. (M.S.Ordubadi).
3. Klassik ədəbiyyatda alim, filosof mənalarında işlənmişdir. □ O, həkimü ədibü şair idi; Şeir fənnində xeyli mahir idi. (S.Ə.Şirvani).
Həmçinin bax:
1. Hikmətli, ağıllı, müdrik(anə), fazilanə, dərin. □ Həkimanə danışmaq.
2. Sifət kimi: hikmətli, ağıllı, müdrik(anə), fazilanə, dərin. □ Həkimanə söz.
3. Arxaizm. Həkimə (alimə, filosofa) yaraşan bir tərzdə; alimcəsinə, filosofcasına, alim kimi, filosof kimi, ağıllı. □ Həkimanə hərəkət etmək.
4. Arxaizm. Sifət kimi: həkimə (alimə, filosofa) yaraşan bir tərzdə; alimcəsinə, filosofcasına, alim kimi, filosof kimi, ağıllı. □ Həkimanə bir əda ilə danışmaq.