1. Hesablama işi aparmaq, sayıb yekunlaşdırmaq. □ Xərclədiyi pulu hesablamaq.
2. Hesablama zamanı müəyyən ölçü vahidindən və ya hər hansı bir cihazın göstərdiyi sistemdən istifadə etmək. □ Temperaturu Selsi ilə hesablamaq.
3. Texniki hesablama aparmaq. □ Otağın sahəsini hesablamaq.
1. Çatası, çatmalı pulu tamamilə verərək və ya alaraq haqq-hesabı qurtarmaq. □ Bahadır ev yiyəsi ilə hesablaşıb, şeylərini gədəyə tapşırdı və özü də Sonagilə getdi. (N.Nərimanov).
2. Məcazi mənada: qisas almaq, əvəzini çıxmaq. □ ..Onları tapıb, özüm hesablaşaram. (Aşıq Ələsgər).
3. Məcazi mənada: saymaq, saya salmaq, sayğı göstərmək, nəzərə almaq. □ Adamla hesablaşmaq lazımdır.
1. Bir şeyi hesablamaqla, saymaqla, sayını müəyyən etməklə məşğul olan şəxs; sayıcı. □ Hesablayıcıların təlimat müşavirəsi.
2. Elektrotexnika. Sərf olunan elektriki, suyu, qazı və s. hesablamaq üçün cihaz. □ Elektrik enerjisi hesablayıcısı.
3. Sifət kimi: sərf olunan elektriki, suyu, qazı və s. hesablayan. □ Boru ilə axan qazın miqdarını hesablayıcı cihaz ölçür.
Qüvvət, iqtidar, cismani enerji. □ Canında hey yoxdur.
Çağırış və ya müraciət bildirir – ey, ay. □ ..Hey Zeynəb, vallah, fəndini duymuşam.. (C.Məmmədquluzadə).
Durmadan, dayanmadan, həmişə, fasiləsiz olaraq; oturub-durub. □ Yağış hey yağır. Elə hey səndən danışır.
Həmçinin bax: