1. Çatası, çatmalı pulu tamamilə verərək və ya alaraq haqq-hesabı qurtarmaq. □ Bahadır ev yiyəsi ilə hesablaşıb, şeylərini gədəyə tapşırdı və özü də Sonagilə getdi. (N.Nərimanov).
2. Məcazi mənada: qisas almaq, əvəzini çıxmaq. □ ..Onları tapıb, özüm hesablaşaram. (Aşıq Ələsgər).
3. Məcazi mənada: saymaq, saya salmaq, sayğı göstərmək, nəzərə almaq. □ Adamla hesablaşmaq lazımdır.