Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

götürmək [götürməx'] feil

1. Əlinə almaq, əlinə alıb qaldırmaq. □ Çanta götürmək.
2. Dəfn etmək üçün aparmaq, qaldırmaq. (cənazə haqqında) □ Cənazəni götürmək.
3. Özü ilə bərabər aparmaq, yanınca aparmaq. □ Mən palazı satım, sən də sabah məşşatəni tap, götür, get qız axtarmağa. (Y.V.Çəmənzəminli).
4. Öz tərkibinə almaq, qəbul etmək, daxil etmək. □ Baxçaya götürmək.
5. Qavramaq, yadda saxlamaq, öyrənmək, mənimsəmək. □ On üçümdə məclislərdə oturdum; On dördümdə hər nə varsa götürdüm. (Aşıq Qurban).
6. Əldə etmək, məhsul almaq. □ Bol məhsul götürmək.
7. Hər tərəfə yayılmaq, bürümək, basmaq, yayılmaq, qaplamaq, sarmaq. □ Qəflətən bir qorxulu səs meşəni götürdü.
8. Nəzərə almaq, misal çəkmək, nümunə gətirmək (bu mənada adətən “götürək” şəklində işlənir). □ Götürək, builki imtahanları.
9. Xərc tələb olunmaq, sərf olunmaq; xərclənmək, başa gəlmək. □ Paltarı ucuz qiymətə götürmək.
10. Başlamaq, şüru etmək, ibtidasını qoymaq.
11. Hirsləndirmək, əsəbiləşdirmək, qızışdırmaq, bərk təsir etmək. □ Qızın sözü Nərgizi bərk götürdü. (Ə.Məmmədxanlı).
12. Əxz etmək, almaq. □ Dilçilikdən mövzu götürmək. Başqasının fikrini götürmək.
13. Dözmək, təhəmmül etmək, qəbul etmək. □ Söz götürmək.
14. Çıxarmaq (baş geyimləri haqqında). □ Papağı götürmək.
15. Yemək, dadmaq. □ Yeməkdən bir qaşıq götürmək.
16. Bir sıra isimlərə qoşularaq mürəkkəb feil və müxtəlif ifadələr düzəldir. □ Od götürmək. Əl götürmək.

Həmçinin bax:

frazeologizm: ağzına almaq (götürmək) frazeologizm: aləmi başına götürmək frazeologizm: aradan götürmək frazeologizm: aradan pərdəni götürmək frazeologizm: ayağının birini götürüb birini qoymaq frazeologizm: ayağını yerdən götürür frazeologizm: ayaq götürmək frazeologizm: baş götürüb getmək frazeologizm: baş götürüb qaçmaq frazeologizm: başına götürmək frazeologizm: bığdan götürüb saqqala yaxmaq frazeologizm: boynuna götürmək (çəkmək) frazeologizm: dərs almaq (götürmək) frazeologizm: dünyanı başına götürmək frazeologizm: əl götürmək frazeologizm: əlini üstündən götürmək frazeologizm: fikir götürmək frazeologizm: göz götürməmək frazeologizm: gözü götürməmək frazeologizm: günahı boynuna götürmək frazeologizm: havadan götürmək frazeologizm: himayəsinə götürmək (almaq) frazeologizm: hoydu-hoyduya götürmək frazeologizm: xof götürmək frazeologizm: ibrət almaq (götürmək) frazeologizm: istiqamət götürmək frazeologizm: iy götürmək frazeologizm: kirpiyi ilə od götürmək frazeologizm: qəbrini götürmək frazeologizm: qızılı xışmayla götürmək frazeologizm: qoparağını götürmək frazeologizm: maraq götürmək frazeologizm: məzacı çəkməmək (götürməmək) frazeologizm: min dərədən su götürmək frazeologizm: minnət götürməmək frazeologizm: od götürmək frazeologizm: odu başqasının əli ilə götürmək frazeologizm: ortadan götürmək (qaldırmaq) frazeologizm: öhdəsinə almaq (götürmək) frazeologizm: öküzü öldürüb adı üstündən götürmək frazeologizm: ölçü götürmək frazeologizm: öz payını götürmək frazeologizm: özünə götürmək frazeologizm: pərdəni götürmək frazeologizm: söz götürməmək frazeologizm: sözü özünə götürmək frazeologizm: sözünü geri götürmək frazeologizm: ürəyi götürməmək frazeologizm: üstünə götürmək frazeologizm: vahimə basmaq (götürmək) frazeologizm: yeddi yaylıq götürüb ağlamaq frazeologizm: yol götürüb getmək Azərbaycan dilinin izahlı lüğəti