1. Gözlə qavranılmaq, göz qarşısına çıxmaq, nəzərə çarpmaq. □ Uşaq kimi görünmək.
2. Zahir olmaq, peyda olmaq, nəzərə dəymək. □ O gecənin sabahı Sarıköynəyin əri yenə kənddə göründü. (S.Hüseyn).
3. Müəyyən bir təsir bağışlamaq. □ Zahirən zəif görünür.
4. Hesab edilmək, kimi gəlmək. □ Cənnət kimi görünmək.
5. Bir yerə gəlmək, təsadüf edilmək (əsasən inkar şəklində işlədilir). □ Son zamanlar görünmürsən.
6. Modal sözü kimi görünür, görünür ki, şəklində- "deyəsən", "yəqin" mənasında ehtimal bildirir. □ Görünür xəbərimiz yoxdur.
Həmçinin bax:
1. Görmə işi, görmə qabiliyyəti, görmə. □ Yaxşı mahnı oxumaq uşaqların görüşünü artırır.
2. İki və ya bir neçə nəfərin əvvəlcədən müəyyənləşdirilmiş vaxtda və yerdə təyin etdikləri görüşmə; iki sevgilinin görüşməsi. □ Görüş təyin etmək. Görüşə getmək.
3. Uzaq bir yerdən gəlmiş adamla görüşmə. □ Qonaqların görüşünə getmək.
4. Yarışma, yarış. □ Dostluq görüşü.
5. Məhbusla onun qohumlarının icazə ilə rəsmi görüşməsi. □ Görüş vermək.
6. Hadisələrə, fikirlərə və ya başqa şeyəverilən qiymət, onlar haqqında rəy, fikir, nöqteyi-nəzər. □ O yaşda olan bu qocada bu görüş, bu yenilik bizdə görünməmiş şeydir. (A.Şaiq).
1. Bir-birini görmək. □ On ildir ki, Şamdan ilə görüşməmişəm. (N.Nərimanov).
2. Əl verib salamlaşmaq, hal-əhval soruşmaq. □ Yoldaşları Eldarla köhnə və yaxın bir dost kimi görüşdülər. (M.Rzaquluzadə).
3. Əl verib sağollaşmaq, xudahafizləşmək. □ Görü- şüb qocadan ayrıldı Polad; Yollarda quş kimi açdı qol-qanad. (A.Şaiq).
4. Bir məqsədlə birilə görüşüb danışmaq, məsləhətləşmək. □ Müdirlə görüşmək.
5. Gəzmək, dostluq etmək (qızla oğlan haqqında). □ Qız, Teymurla cəmisi iki ay görüşmüşdü. (H.Seyidbəyli).
6. Təsadüfən bir-birinə rast gəlmək, təsadüf etmək, rastlaşmaq, üz-üzə gəlmək. □ Qismət bu, yenə bu gün görüşdük. (H.Cavid).
"Göstərmək" feilinin məchul növü.
Həmçinin bax:
1. Görməsinə imkan yaratmaq; görsətmək. □ Evləri cərgələmə; Tikilmiş cərgələmə; Açma günəş camalın; Göstərmə hər gələnə. (Bayatı)
2. Baxmaq, yoxlamaq üçün təqdim etmək. □ Sənədlərini göstərmək.
3. İzahat verərək tanış etmək. □ Mətnləri göstərmək.
4. Tamaşaçılar qarşısında nümayiş etdirmək. □ Yeni tamaşa göstərmək.
5. Müayinə edərək baxmaq, məsləhət almaq üçün gətirmək. □ Uşağı həkimə gətirmək.
6. Əl və ya baş hərəkəti ilə birinin diqqətini bir şeyə cəlb etdirmək, nişan vermək, işarə etmək; təqdim etmək. □ Evi göstərmək. Qızı göstərib tanış etmək.
7. Bədii əsərdə təsvir etmək, əks etdirmək. □ Xalqın qəhrəmanlığını göstərmək.
8. Şərh etmək, izah etmək, anlatmaq, başa salmaq. □ Təcrübənin gedişini göstərmək.
9. Bəlli etmək, şəhadət etmək. □ Bu söz onun niyyətini açıq göstərir.
10. Hər hansı bir keyfiyyət, xüsusiyyət, hal büruzə vermək, aşkar etmək. □ Cəsarət göstərmək.
11. Kəmiyyətcə bu və ya başqa nəticələr vermək. □ Ən yüksək nəticə göstərmək.
12. Bildirmək, demək və ya yazmaq. □ Müəllif göstərir.
13. Göstərərəm, göstəririk, göstərər şəklində – təhdid, hədə mənasını bildirir. □ Mən sənə göstərərəm.
Həmçinin bax: