Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

görüşmək [görüşməx'] feil

1. Bir-birini görmək. □ On ildir ki, Şamdan ilə görüşməmişəm. (N.Nərimanov).
2. Əl verib salamlaşmaq, hal-əhval soruşmaq. □ Yoldaşları Eldarla köhnə və yaxın bir dost kimi görüşdülər. (M.Rzaquluzadə).
3. Əl verib sağollaşmaq, xudahafizləşmək. □ Görü- şüb qocadan ayrıldı Polad; Yollarda quş kimi açdı qol-qanad. (A.Şaiq).
4. Bir məqsədlə birilə görüşüb danışmaq, məsləhətləşmək. □ Müdirlə görüşmək.
5. Gəzmək, dostluq etmək (qızla oğlan haqqında). □ Qız, Teymurla cəmisi iki ay görüşmüşdü. (H.Seyidbəyli).
6. Təsadüfən bir-birinə rast gəlmək, təsadüf etmək, rastlaşmaq, üz-üzə gəlmək. □ Qismət bu, yenə bu gün görüşdük. (H.Cavid).

Azərbaycan dilinin izahlı lüğəti