Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

görmək [görməx'] feil

1. Gözləri ilə qavramaq. □ Öz gözü ilə görmək.
2. Görmə qüvvəsinə malik olmaq. □ Gözü zəif görmək.
3. Təsadüf etmək, rastlaşmaq. □ Nə vaxtdır onu görmürəm
4. Şəxsən görüşmək; yoluxmaq, yoxlamaq, baş çəkmək. □ Müəllimi görməyə getmək. Xəstəni görməyə getdi.
5. Başa düşmək, anlamaq, duymaq, hiss etmək. □ Görürəm ki, bu işlər alınmayacaq.
6. Hesab etmək, hiss etmək, tapmaq. □ Mən burada pis niyyət görmürəm.
7. Görməyə nail olmaq, qismət olmaq, nəsib olmaq. □ Oğlunun toyunu görmək.
8. Təsəvvürünə gətirmək, fikrən təsəvvür etmək, xəyalına, gözünün qabağına gətirmək. □ Qambayev dəhşətli sonun yaxınlaşdığını görürdü. (S.Rəhman).
9. Müəyyən etmək, bəlli etmək, aşkara çıxarmaq. □ Görsün qazancı nə olub və zərəri nə olub. (C.Məmmədquluzadə).
10. Çatmaq, bəs eləmək, kifayət etmək. □ Əvvəla, Rəhim xandan gətirdiyimiz sursat neçə müddət bizi görər? (Ə.Haqverdiyev).
11. Görüşüb danışmaq, görüşüb məsləhətləşmək, razılığını almaq. □ Onu görmək lazımdır.
12. Etmək, icra etmək, yerinə yetirmək. □ Qoymursan ki, mən öz işimi özüm görüm. (Ü.Hacıbəyov).
13. Şübhələnmək, təqsirləndirmək. □ Kimdən görürsən?
14. Keçirmək, çəkmək, giriftar olmaq, uğramaq. □ Kasıblıq görmək.
15. Gəzmək, yaşamaq, olmaq. □ Çox yer görmək.
16. Modal söz kimi: görə şəklində – intizar, qeyri-müəyyənlik bildirir. □ Görək bu işdən nə çıxar?
17. Görüm şəklində -təkid, israr, arzu, istək bildirir. □ Onu görüm yüz yaşasın.
18. Bir sıra isimlərdən sonra gələrək mürəkkəb feil və müxtəlif ifadələr əmələ gətirir. □ Məsləhət görmək. İsti-soyuq görmək.

Həmçinin bax:

frazeologizm: ağacların arxasından meşəni görməmək frazeologizm: aşıq gördüyünü çağırar frazeologizm: ayağının altı yer görməmək frazeologizm: balta görməmiş frazeologizm: başı qoltuq görməmək frazeologizm: başının üstündən iş görmək frazeologizm: bir gözdə görmək frazeologizm: bir gün görməmək frazeologizm: boynu qoltuq görməyib frazeologizm: boynunun ardını görər frazeologizm: burnundan uzağı görə bilməmək frazeologizm: burnunun ucundan o yanı görməmək frazeologizm: çox görmək frazeologizm: dəvə gördünmü, heç qığını da görmədim frazeologizm: dünya görmək frazeologizm: dünyanın hər üzünü görmək frazeologizm: ehtiyat görmək frazeologizm: evi elçi üzü görməmək frazeologizm: eyni gözdə görmək frazeologizm: əli pul görmək frazeologizm: əlinin dadını görmək frazeologizm: əllərini görmək olmur frazeologizm: gördü hənək, görmədi dəyənək frazeologizm: gördüyündən gözkirəsi istəmək frazeologizm: görəndə gözü ağrımaq frazeologizm: görməyə gözü olmamaq frazeologizm: göz gözü görməmək frazeologizm: gözü heç nəyi görməmək frazeologizm: gözü ayağının altını görməmək frazeologizm: gün görməmək frazeologizm: günortadan sonra gün görən frazeologizm: həyatın hər üzünü görmək frazeologizm: hörmət görmək frazeologizm: xeyir görmək frazeologizm: xeyrini görmək frazeologizm: isti-soyuq görməmək frazeologizm: işıq üzü görmək frazeologizm: işini görmək frazeologizm: qazanc üzü görməmək frazeologizm: qulağının ardını (dalını, dibini) görər frazeologizm: ləzzətini görmək frazeologizm: meydanı boş görmək frazeologizm: molla aşı gördü, Quran yaddan çıxdı frazeologizm: Nadiri taxtda görüb, Süleymanı qundaqda frazeologizm: nə dəvə görmüşəm, nə də qığını frazeologizm: o dünyanı görüb gəlmək (qayıtmaq) frazeologizm: oğul dağı görmək frazeologizm: ömründə bir gün görməmək frazeologizm: öz işini görmək frazeologizm: özünü buğda bazarında görmək frazeologizm: pişik görmüş siçana dönmək frazeologizm: rəva görməmək frazeologizm: Şah Abbası taxtda görüb, Nadiri qundaqda frazeologizm: tədbir görmək frazeologizm: toyu gördü, tərəngə yadından çıxdı frazeologizm: üstünü unlu görmək frazeologizm: üstünü unlu görüb adını dəyirmançı çağırma (qoyma) frazeologizm: üzünü it də görsə, yalamaz frazeologizm: üzünü yumşaq görmək frazeologizm: zaval görməmək Azərbaycan dilinin izahlı lüğəti