1. Gözləri ilə qavramaq. □ Öz gözü ilə görmək.
2. Görmə qüvvəsinə malik olmaq. □ Gözü zəif görmək.
3. Təsadüf etmək, rastlaşmaq. □ Nə vaxtdır onu görmürəm
4. Şəxsən görüşmək; yoluxmaq, yoxlamaq, baş çəkmək. □ Müəllimi görməyə getmək. Xəstəni görməyə getdi.
5. Başa düşmək, anlamaq, duymaq, hiss etmək. □ Görürəm ki, bu işlər alınmayacaq.
6. Hesab etmək, hiss etmək, tapmaq. □ Mən burada pis niyyət görmürəm.
7. Görməyə nail olmaq, qismət olmaq, nəsib olmaq. □ Oğlunun toyunu görmək.
8. Təsəvvürünə gətirmək, fikrən təsəvvür etmək, xəyalına, gözünün qabağına gətirmək. □ Qambayev dəhşətli sonun yaxınlaşdığını görürdü. (S.Rəhman).
9. Müəyyən etmək, bəlli etmək, aşkara çıxarmaq. □ Görsün qazancı nə olub və zərəri nə olub. (C.Məmmədquluzadə).
10. Çatmaq, bəs eləmək, kifayət etmək. □ Əvvəla, Rəhim xandan gətirdiyimiz sursat neçə müddət bizi görər? (Ə.Haqverdiyev).
11. Görüşüb danışmaq, görüşüb məsləhətləşmək, razılığını almaq. □ Onu görmək lazımdır.
12. Etmək, icra etmək, yerinə yetirmək. □ Qoymursan ki, mən öz işimi özüm görüm. (Ü.Hacıbəyov).
13. Şübhələnmək, təqsirləndirmək. □ Kimdən görürsən?
14. Keçirmək, çəkmək, giriftar olmaq, uğramaq. □ Kasıblıq görmək.
15. Gəzmək, yaşamaq, olmaq. □ Çox yer görmək.
16. Modal söz kimi: görə şəklində – intizar, qeyri-müəyyənlik bildirir. □ Görək bu işdən nə çıxar?
17. Görüm şəklində -təkid, israr, arzu, istək bildirir. □ Onu görüm yüz yaşasın.
18. Bir sıra isimlərdən sonra gələrək mürəkkəb feil və müxtəlif ifadələr əmələ gətirir. □ Məsləhət görmək. İsti-soyuq görmək.
Həmçinin bax: