1. Başqası, ya başqaları üçün sirr olan, onlardan gizlədilən, çoxlarına bəlli olmayan, bilinməz olan, məlum olmayan; məxfi. □ Gizli müqavilə. Gizli sənəd.
2. Başqalarına məlum olmayan, ürəkdə saxlanan; biri üçün sirr olan. □ Gizli hiss.
3. Məhrəmanə, intim. □ Gizli əlaqə.
4. Naməlum, heç kəsin bilmədiyi və ya az adamın bildiyi. □ Gizli yol.
5. Leqal olmayan, gizli şəraitdə işləməyə məcbur olan, qanunən yol verilməyən. □ Gizli qəzet.
6. Açıq fəaliyyət göstərməyən; məxfi. □ Gizli sənəd. Gizli polis.
7. Zərf kimi: xəlvəti, gizli olaraq, gizlində, başqalarının xəbəri olmadan. □ Gizli gəlmək. Gizli qaçmaq.
Həmçinin bax: