1. Gəzməyi çox sevən, evdə oturmağa qərar tapmayan. □ Gəzəyən qızda gəlin olmaz. (Atalar sözü).
2. Məcazi mənada: əxlaqca yüngül (qadın və ya kişi haqqında). □ Gəzəyən insan.
3. İsim kimi: gəzməyi çox sevən, evdə oturmağa qərar tapmayan. □ Gəzəyənin biridir.
1. Ağır-ağır yerimək, o baş-bu başa gəzmək, var-gəl eləmək. □ Dəhlizdə gəzinmək.
2. Gəzmək, dolaşmaq. □ Dağların döşündə gəzinən çoban; Dərdlənib neyini çaldığı zaman. (S.Vurğun).
3. Açıq havada istirahət və vaxt keçirmək məqsədilə gəzmək, gəzinmək. □ Sahildə gəzinmək.
4. Məcazi mənada: bir şeyin əlamətləri görünmək, zahir olmaq, nəzərə çarpmaq. □ Bəxtiyarın tərdən işıldayan yanağında bir sevinc gəzindi. (M.Hüseyn).