1. Arxaizm. Malını dükanda deyil, gəzdirərək satan, ayaq üstə alver edən adam; küçə alverçisi. □ Bir gün gətiricidən bir baş pendirə ancaq bir manat 30 qəpik verdim. (C.Məmmədquluzadə).
2. Sifət kimi: axıdıb gətirən, çatdıran, nəql edən. □ Gətirici kanal.
1. Bax: gətirmək.
2. Sifət kimi: Başqa yerdən gətirilən, alınan. □ Gətirmə mal.
Həmçinin bax:
1. Bir şeyi əlinə götürərək, yaxud dalına yükləyərək olduğu yerdən başqa yerə köçürtmək, çatdırmaq; eyni mənada nəqliyyat haqqında; çatdırmaq. □ Günorta üstü poçtalyon Bahadura təcili bir məktub gətirdi. (S.Rəhimov). Trolleybus adamları gətirdi. Məlumatı vaxtında gətirmək.
2. Birinin hərəkətini yönəltmək, özü ilə bərabər bir yerə gəlməsinə kömək, yaxud özü ilə bərabər gəlməyə məcbur etmək. □ Uşağı evə gətirmək.
3. Özü ilə bərabər götürüb gətirmək, qovub gətirmək. □ Yel özü ilə yağmur gətirdi.
4. Bar vermək, meyvə vermək, məhsul vermək. □ Ağac yaxşı heyva gətirib.
5. Məcazi mənada: hər hansı bir işdə müvəffəqiyyət qazanmaq, müvəffəqiyyət əldə etmək, uğurlu olmaq. □ Bəxti gətirmək.
6. Təlqin edərək, inandıraraq və yaxud dilə tutaraq birini öz əqidəsindən, fikrindən döndərməyə, bir şeylə razı salmağa nail olmaq. □ Razılığa gətirmək. İnsafa gətirmək.
7. İfadə etmək, davam etdirmək, çatdırmaq, başa çıxmaq. □ Sözün dalını gətirə bilmədi.
8. Bir şeyin nəticəsi olmaq, törətmək, səbəb olmaq, vermək. □ Fərəh gətirmək. Sevinc gətirmək.
9. Bir sıra isimlərə qoşularaq, müxtəlif ifadələr və mürəkkəb sözlər əmələ gətirir. □ Üzr gətirmək, pənah gətirmək, tab gətirmək.
Həmçinin bax: