1. Arxa tərəfə, dala, dal tərəfə. □ Ağzın açar; Zəhər saçar. Hamı görüb; Geri qaçar. (Bayatı).
2. İsim kimi: ard, dal, davam, mabəd. □ Şerin gerisini oxumaq.
3. İsim kimi məcazi mənada: aqibət, son, nəticə. □ Hadisənin gerisini düşünmək.
4. İsim kimi məcazi mənada: inkişaf etməmiş, dala qalmış. □ Üzrümüz yoxdur əsla; Imkanımız var ikən; Geriyik nə əsasla? (R.Rza).
Həmçinin bax:
1. Geri çəkilmək. □ Mehriban Zeynalı elə halda görüncə qorxub gerilədi. (S.Hüseyn).
2. Məcazi mənada: inkişafdan qalmaq, qabağa getməmək, geri qalmaq, tənəzzül etmək.
3. Məcazi mənada: sözündən dönmək, sözünü danmaq, dediyini yerinə yetirməmək, vədindən qaçmaq. □ Zalxa, get uşaqlara de ki, dəxi cəfa çəkməsinlər, Tarverdi gerilədi. (M.F.Axundzadə).