1. Geri çəkilmək. □ Mehriban Zeynalı elə halda görüncə qorxub gerilədi. (S.Hüseyn).
2. Məcazi mənada: inkişafdan qalmaq, qabağa getməmək, geri qalmaq, tənəzzül etmək.
3. Məcazi mənada: sözündən dönmək, sözünü danmaq, dediyini yerinə yetirməmək, vədindən qaçmaq. □ Zalxa, get uşaqlara de ki, dəxi cəfa çəkməsinlər, Tarverdi gerilədi. (M.F.Axundzadə).