1. Ağac və kolların kötüyündən göyərən və sonradan başqa yerdə əkilən cavan ağac; ümumiyyətlə, yenicə yetişən cavan ağac və ya kol. □ ..bağçada tut, əncir, yasəmən fidanları əkmiş, evi, həyəti nizama salmışdı. (A.Şaiq).
2. Məcazi mənada: obrazlı təşbehlərdə məsum körpələr mənasında işlədilir. □ Ürəyində məhəbbətin; İlk fidanı yarpaq açır. (N.Rəfibəyli).
Dini etiqadı elmi idrakdan üstün tutan, etiqadın (inamın) ağıldan üstün olduğunu iddia edən dünyagörüşü və elmi dinə tabe etməyə, elmi biliklərdən dini ehkamların müdafiəsində istifadə etməyə çalışan mürtəce təlim. □ Fideizm müasir fəlsəfənin və ilahiyyatın ideya ittifaqının əsasıdır.
Azərbaycan dilinin izahlı lüğəti1. Düşünmə, düşüncə, təfəkkür; təfəkkür prosesi. □ Bir işi başlayanda axırını fikir elə. (Atalar sözü).
2. Niyyət, məqsəd, məram. □ Fikrini başa düşmək.
3. Fikirləşmə, düşünmə, mühakimə nəticəsində hasil olan qənaət, ideya. □ Dərin fikir. Maraqlı fikir. Ciddi fikir.
4. Rəy, görüş, mülahizə. □ Nə fikriniz var?
5. Bilik. □ Elmi fikir. Bədii fikir.
6. Adamın ağlını məşğul edən şey, daim düşünülən şey (bəzən “fikir-zikir” şəklində işlənir). □ Yüz fikir bir borcu ödəməz. (Atalar sözü).
7. Hafizə qüvvəsi, yaddaş, xatır. □ Fikrimdə qalmadı.
8. Əqidə, görüş, baxış. □ Fikrinlə razı deyiləm.
9. Modal söz kimi: fikrimcə, fikrincə, fikrimizcə, fikrinizcə və s. şəkillərdə – məncə, mənə görə; səncə, sənə görə; bizcə, bizə görə; sizcə, sizə görə. □ Sonanın fikrincə, Bahar hər incə mətləbi gözdən oxuyan bir qızdı. (B.Bayramov).
Həmçinin bax:
1. Bir şey və ya iş haqqında düşünmək, götür-qoy etmək, ölçüb-biçmək; fikrə getmək, düşüncəyə dalmaq. □ Bir qədər fikirləş, sonra cavab ver.
2. Fikrində tutmaq, niyyətində olmaq, düşünmək, bir şey etməyə hazırlaşmaq. □ Toydan bir neçə gün sonra ortancıl bacı fikirləşdi ki, durum gedim, görüm bacım necədi. (Nağıl).
3. Qayğısına qalmaq, halını düşünmək, yaddan çıxarmamaq, tədbir aramaq. □ Öz oğlunun gələcəyini fikirləşmək.
Həmçinin bax: