Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

ehtiyat1 [ehtiyat] isim ərəb

1. Gələcəkdə lazım olacağı nəzərdə tutulub tədarük edilmiş, saxlanmış şey. Ərzaq ehtiyatı. Taxıl ehtiyatı. Mal ehtiyatı.
2. Zərurət, ehtiyac hiss edildikdə istifadə edilən (şey). Toxunulmaz ehtiyat. Ehtiyat qüvvələri. Ehtiyat fondu.
3. Hələlik istifadə edilməyən, lakin mövcud olan şeyin miqdarı (çox vaxt cəm şəklində işlənir). Kömür ehtiyatı. Neft ehtiyatı.
4. Müharibə vaxtı orduda xidmətə yarayan, hərbi uçotda olan vətəndaşlar. Ehtiyata buraxmaq. Ehtiyatda olanları orduya çağırmaq.

ehtiyat2 [ehtiyat] isim ərəb

1. Təhlükəni nəzərə alaraq, tədbirli, üsullu hərəkət etmə, davranma. Ehtiyat igidin yaraşığıdır. (Atalar sözü). Düşmən zəif olsa da, ehtiyatı əldən vermə. (Atalar sözü).
2. Qorxma, çəkinmə saqınma. İşin çətinliyindən ehtiyat etmək. Soyuqdan ehtiyat etmək.

Həmçinin bax:

jurnalistika: dövlət informasiya ehtiyatları jurnalistika: informasiya ehtiyatları jurnalistika: internet informasiya ehtiyatları jurnalistika: milli informasiya ehtiyatları frazeologizm: ehtiyat görmək frazeologizm: ehtiyatı əldən verməmək (buraxmamaq) coğrafiya: aqroiqlim ehtiyatları coğrafiya: əmək ehtiyatları coğrafiya: neft ehtiyatları coğrafiya: su ehtiyatları coğrafiya: təbii ehtiyatlar coğrafiya: tükənən təbii ehtiyatlar coğrafiya: tükənməyən təbii ehtiyatlar Azərbaycan dilinin izahlı lüğəti