1. Coğrafiya. Sahildən çıxan çay və ya dəniz suyunun qurunu, ətrafı basması; sel.
2. Sifət kimi: yatağından kənara çıxan, ətrafı basan; daşmış. □ İti axan daşqın çaylar onunla ayaqlaşa bilməyib geridə qaldı. (Ə.Məmmədxanlı).
3. Sifət kimi məcazi mənada: coşqun, güclü, ehtiraslı. □ ...qalın iri dodaqlarında daşqın sevinc qığılcımları uçuşaraq: – Qızılquş, balasını bu səslə çağırır, – dedi. (A.Şaiq).
Azərbaycan dilinin izahlı lüğətiDaşa basılmaq, daşla vurulmaq, üzərinə daş yağdırılmaq. □ Məskənimiz sarp qayalar olubdur; Qaçanlar çağrışır, pələng daşlanır. (“Koroğlu”).
1. Axmaq, tökülmək, daşıb tökülmək, gəlmək. □ Kənarlara daşlanan palçıq ötənlərin üstünü bulayırdı. (Mir Cəlal).
2. Tökülüşüb gəlmək, axışıb gəlmək.