Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

daşlanmaq1 [daşdammax] feil

Daşa basılmaq, daşla vurulmaq, üzərinə daş yağdırılmaq. □ Məskənimiz sarp qayalar olubdur; Qaçanlar çağrışır, pələng daşlanır. (“Koroğlu”).

daşlanmaq2 [daşdammax] feil

1. Axmaq, tökülmək, daşıb tökülmək, gəlmək. □ Kənarlara daşlanan palçıq ötənlərin üstünü bulayırdı. (Mir Cəlal).
2. Tökülüşüb gəlmək, axışıb gəlmək.

Azərbaycan dilinin izahlı lüğəti