1. Daraqdan keçirmək, daraqla daramaq, daraqla təmizləmək; daraqla düzəltmək. □ Yunu daraqlamaq. Saçlarını daraqlamaq.
2. Silaha patronlu daraq keçirmək. □ Tüfəngi daraqlamaq.
3. Əllərini yanlarına açaraq yolu, ya qapını tutmaq, keçməyə mane olmaq. □ ...cavan oğlan qapını daraqlayıb təəccüblə gözlərini dirədi Xudayar bəyin gözünə. (C.Məmmədquluzadə).
4. Gül açmaq. □ Pambıqlar daraqlamışdır.
5. Sığallamaq, tumarlamaq. □ Quzunu da raqlamaq.