Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

demarkasiya [demark'asiya] isim lat. demarcatio – ayırma, bölmə

1. Müəyyən əraziləri, sahələri (əsasən, mübahisəli) xüsusi işarələrlə ayırma.

2. Tibb. Sağlam toxumanı ölü toxumadan, zədələnmiş sümükləri çürüdüyü yerdən ayırmaq, kəsmək. □ Demarkasiya əməliyyatı.

Həmçinin bax:

coğrafiya: demarkasiya xətti Azərbaycan dilinin izahlı lüğəti

dema[demarş] isim fr. demarche – hərəkət

Politologiya. Bir ölkənin hökumətinin, xarici işlər idarəsinin və ya diplomatik nümayəndəliyinin başqa dövlətə qarşı gerçəkləşdirdiyi diplomatik aksiya. □ Demarş adi xahişdən ciddi etiraza qədər müxtəlif formalarda (nota, memorandum, bəyanat və s.) və məzmunda özünü göstərir.

Azərbaycan dilinin izahlı lüğəti

demilitarizasiya [demilitarizasiya] isim latın

1. Hərbi. Hüquq. Hərbisizləşdirmə, silahsızlaşdırma; ərazinin hərbi silah və texnikadan təmizlənməsi. □ Beynəlxalq təcrübədə tam və qismən demilitarizasiya anlayışları mövcuddur.

2. Hərbi. Hüquq. Beynəlxalq qanunlar, yaxud sazişlər əsasında bir dövlətə hərbi qüvvələr, hərbi sənaye yaratmağın qadağan olunması.

Azərbaycan dilinin izahlı lüğəti

demokratiya [demak'ratiya] isim yunan

Politologiya. Cəmiyyətin idarəetmə formalarından biri; ölkədə xalqın hakimiyyətin mənbəyi kimi tanınması, dövlət işlərinin həllində onun iştirak hüququnun olması. □ Demokratiya vətəndaşlara geniş hüquq və azadlıqlar verilməsinə əsaslanır.

Azərbaycan dilinin izahlı lüğəti

demoqrafiya [demaqrafiya] isim yunan

Coğrafiya. Ölkədə və dünyada əhalinin yerləşməsi, sosial tərkibi, yerini dəyişməsi, artımı və s. proseslər; bu prosesləri öyrənən ictimai elm sahəsi. □ Dünya əhalisinin demoqrafiyası.

Azərbaycan dilinin izahlı lüğəti

demontaj [demantaj] isim fr. demontage – ayırma

Maşını, aparatı, qurğunu ayrı-ayrı hissələrə ayırmaq, quraşdırılmış bir şeyi hissə-hissə sökmək. □ Binanın demontajı.

Azərbaycan dilinin izahlı lüğəti

dendrari [dendrari] isim yun. dendron – ağac

Botanika (nəbatat) bağının açıq sahələrində plan üzrə əkilən ağac və kol bitkiləri hissəsi. □ Mərdəkan dendrarisi.

Azərbaycan dilinin izahlı lüğəti

departament [departament] isim fr. departement < de... + partis – hissə

1. Bəzi beynəlxalq təşkilatların strukturlarında idarə və ya inzibati şöbə, sektor. □ ATƏT-in Söz Azadlığı Departamenti.

2. ABŞ-ın Xarici İşlər Nazirliyinin adı. □ ABŞ Dövlət Departamenti.

Azərbaycan dilinin izahlı lüğəti

depo [depo] isim fr. depot – yerləşdirmə

1. Lokomotiv, qatar, vaqonların və s. dayanması və təmir edilməsi üçün xüsusi təchiz edilmiş ərazi. □ Vaqon deposu.

2. Yanğınsöndürmə maşınlarının dayanacaq yeri, yanğını söndürmək üçün təchiz edilmiş bina. □ Yanğınsöndürmə deposu.

3. Anbar, təchizat şəbəkəsi. □ Dərman deposu.

4. Fiziologiya. Canlı orqanizmdə qan saxlayan üzvlər (dalaq, qaraciyər, dəri). □ Qan deposu.

Azərbaycan dilinin izahlı lüğəti

deportasiya [departasiya] isim lat. deportatio – qovulma, sürgün

Bir xalqın yaşadığı ölkə ərazisindən zorla çıxarılması, məcburi köçürülməsi və ya qovulması. □ Kütləvi deportasiya.

Azərbaycan dilinin izahlı lüğəti

depressiya1 [depressiya] isim latın

1. İqtisadiyyat. Təsərrüfat durğunluğu, bahalıq, ticarət mallarına tələbatın zəifliyi, işsizliklə səciyyələnən vəziyyət.

2. Psixologiya. Sevinc əhvali-ruhiyyəsinin, nikbinliyin, ətraf aləmə marağın itməsi ilə səciyyələnən psixi pozğunluq.Depressiyaya düşmək.

depressiya2 [depressiya] isim latın

1. Coğrafiya. Formasından və mənşəyindən asılı olmayaraq dibi dəniz səviyyəsindən aşağıda yerləşən çökəklik.

2. Geologiya. Yer qabığının tektonik proseslər nəticəsində əyilməsi, enməsi.

3. Coğrafiya. Hava axının istənilən iki nöqtəsi arasında təzyiq fərqi.

Həmçinin bax:

frazeologizm: depressiyaya düşmək coğrafiya: barik depressiya coğrafiya: Cənubi Afrika depressiyası coğrafiya: ekvator depressiyası coğrafiya: tektonik depressiya Azərbaycan dilinin izahlı lüğəti

deputat [deputat] isim lat. deputatus – göndərilmiş

Xalq tərəfindən müəyyən edilmiş qayda üzrə qanunverici, yaxud nümayəndəli orqana seçilmiş şəxs. □ Deputat vəsiqəsi.

Azərbaycan dilinin izahlı lüğəti

dermatin [dermatin] isim yun. derma – dəri

Süni dəri, müşəmbəyə oxşar parça. □ Dermatin çanta.

Azərbaycan dilinin izahlı lüğəti

desant [desant] isim fr. descentehərf. düşürtmə, endirmə

Hərbi.  Gəmi, təyyarə vasitəsilə düşmən ərazisinə çıxarılmış ilk qoşun dəstəsi. □ Desant əməliyyatı.

Azərbaycan dilinin izahlı lüğəti

desert [desert] isim fr. dessert – süfrəni yığmaq

Xörəkdən sonra verilən yüngül yemək – meyvə, şirniyyat və s. □ Meyvə deserti.

Azərbaycan dilinin izahlı lüğəti