Dal tərəfi qabağa çevrilmiş halda, bir-birinin ardınca. □ Arxada isə, ...bir-biri ilə yanaşı yox, bir-birindən dal-qabaq, birinci və ikinci dağcığaz vardı. (Ə.Əbülhəsən).
Həmçinin bax:
1. Görünməyəcək dərəcədə suyun içinə girmək, batmaq. □ Suya dalmaq. Dəryalara mən dalanda; Şirin cana dərd salanda; Dava zamanı olanda; Əyilməz, sınmaz dəmirəm. (“Koroğlu”).
2. Məcazi mənada: girmək, batmaq. □ Saçın kimi qıvrılan dalğalara dalaydım; Dalıb ilham alaydım. (M.Müşfiq).
3. Məcazi mənada: bir şeyin içində qərq olmaq. □ Qaranlığa dalmış şəhərə baxırdılar. (Ə.Məmmədxanlı).
4. Məcazi mənada: özünü unutmaq dərəcəsində bir şeylə dərindən məşğul olmaq, bir şeyə başı qızışmaq (adətən, “fikrə”, “xəyala”, “sükuta”, “yuxuya” və s. sözlərə qoşularaq işlənir). □ Fikrə dalmaq. Sükuta dalmaq.
Həmçinin bax:
1. Ev, bina, tikili; əsas binanın yanında tikilmiş və ona yapışıq otaq və s. □ Şəhərin... qaranlıq damları onları təmin etmədi. (Mir Cəlal).
2. Evin, binanın, tikilinin örtüsü. □ Dama çıxmaq. Kirəmit dam. Damı qırlamaq.
3. Bir, ya iki tərəfi açıq, üstüörtülü yer, tikili. □ A kişi, indi bu dumanda, çiskində kazaklar tamam dam altına yığışıblar. (M.F.Axundzadə).
4. Heyvanları saxlamaq üçün qapalı yer; bina, tövlə. □ Komandan ilə Musa mal damına yanaşdılar. (M.Hüseyn).
5. Məcazi mənada: həbsxana, qazamat.
Tələ, cələ, tor. □ Zülfünü əhli-vəfa seydinə dam eyləyəli; Məni ol damə giriftar bilibdir, bilirəm. (M.Füzuli).
Həmçinin bax:
1. Şahmat taxtası üzərində qara və ağ daşlarla (dairəciklərlə) oynanılan oyun; şaşki. □ Dama oynamaq. Dama oyunu üzrə yarış.
2. Bu oyunda rəqibin, ilk sıradakı xanalardan birinə gedib çıxmış daşı.
3. Səth, parça və s. bölündüyü kvadratlardan biri. □ Parça üzərindəki damalar.
1. Ağız boşluğunun üst tərəfi.
2. Ağız mənasında. □ Usta papirosu damağına salıb başladı işini. (C.Məmmədquluzadə).
3. Baytarlıq. At və eşşəkdə damaq şişmə xəstəliyi; kəsmə. □ Tez-tez tövləyə adam buraxma ki, at damaq olar. (Ə.Vəliyev).
Kef, əhval, həvəs. □ Damağı yoxdur.
Həmçinin bax: