1. Görünməyəcək dərəcədə suyun içinə girmək, batmaq. □ Suya dalmaq. Dəryalara mən dalanda; Şirin cana dərd salanda; Dava zamanı olanda; Əyilməz, sınmaz dəmirəm. (“Koroğlu”).
2. Məcazi mənada: girmək, batmaq. □ Saçın kimi qıvrılan dalğalara dalaydım; Dalıb ilham alaydım. (M.Müşfiq).
3. Məcazi mənada: bir şeyin içində qərq olmaq. □ Qaranlığa dalmış şəhərə baxırdılar. (Ə.Məmmədxanlı).
4. Məcazi mənada: özünü unutmaq dərəcəsində bir şeylə dərindən məşğul olmaq, bir şeyə başı qızışmaq (adətən, “fikrə”, “xəyala”, “sükuta”, “yuxuya” və s. sözlərə qoşularaq işlənir). □ Fikrə dalmaq. Sükuta dalmaq.
See also: