Məcazi mənada: adətən “ürəyini”, “sinəsini”, “qəlbini” sözləri ilə – çox bərk təsir etmək, yandırmaq, yaralamaq, dərd və kədər vermək. □ Səni öyrədənin ciyəri dağlansın! (N.Vəzirov).
Həmçinin bax:
1. Dağlıq yerdə yaşayan adam. □ Burada dağlılar yaşar bəxtiyar; Qürurdan aralı, kindən aralı. (S.Vurğun).
2. Dağıstanlı, Dağıstan əhli. □ Keçmiş əsrin altmışıncı illərində... bir mütəxəssis rus əlifbasını dağlıların məxrəcinə görə tətbiq etmişdir. (F.Ağazadə).
3. Sifət kimi: dağlıq yerdə yaşayan. □ Dağlı əhali.
1. Qızdırılmış dəmirlə damğa vurulmuş, damğası olan. □ Dağlı heyvan. Dağlı at.
2. Məcazi mənada: adətən “sinəsi”, “ürəyi”, “qəlbi” sözləri ilə – çox dərdli, çox qəmli, çox mütəəssir, ürəyi yaralı. □ Övlad sarıdan Murad kişinin ürəyi əvvəldən dağlı idi. (Mir Cəlal).