Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

dağlamaq [dağlamax] feil

1. Qızdırılmış dəmirlə damğa vurmaq. □ Qoyunları dağlamaq.
2. Məcazi mənada: yandırmaq. □ ...Şaxta qızmar bir dəmir kimi onu dağlayır. (Ə.Məmmədxanlı).
3. Məcazi mənada: adətən “ürəyini”, “sinəsini”, “qəlbini” sözləri ilə – çox bərk təsir etmək, yandırmaq, yaralamaq, dərd və kədər vermək. □ Dağlar dağladı məni; Görən ağladı məni; Zəncir, buxov tab etməz; Zülfün bağladı məni. (Bayatı). Sona xanım, ürəyimi dağlama... atı min, gedək! (M.F.Axundzadə).

See also:

frazeologizm: bağrını dağlamaq frazeologizm: köksünü dağlamaq frazeologizm: ürək dağlamaq Azərbaycan dilinin izahlı lüğəti