1. Ləzzətli-ləzzətli, şirin-şirin. □ Çobanlar tütək çalar, mahnı oxuyar, dadlı-dadlı söhbət edərdilər. (A.Şaiq).
2. Sifət kimi: ləzzətli-ləzzətli, şirin-şirin. □ Doyammadım dadlı-dadlı dilindən; Aman, Əslim, öylə sözlər söyləmə! (“Əsli və Kərəm”).
1. Dadını, tamını bilmək üçün bir az yemək və ya içmək; ümumiyyətlə yemək, ya içmək. □ Dadmaqla mal tükənməz. (Atalar sözü).
2. Müəyyən dad, tam vermək. □ Şirin dadmaq. Acı dadmaq. Turş dadmaq.
3. Məcazi mənada: sınamaq, təcrübə etmək, hiss etmək, duymaq. □ Qoy nakam getməsin dünyadan o qız; Dadsın hər arzunun yüz nemətini. (S.Vurğun).
4. Məcazi mənada: çəkmək, düçar olmaq, məruz qalmaq, görmək, keçirmək, başına gəlmək. □ Həyatın acılığını dadmaq.
5. Məcazi mənada: qanmaq, anlamaq, başa düşmək, duymaq. □ Əsgərin ağlı koxanın danışığından bir şey dadmadı. (S.Rəhimov).
Həmçinin bax:
1. Coğrafiya. Yerin hündür, dik, yamaclı və zirvəli hissəsi. □ Qafqaz dağları. Dağ dağa rast gəlməz, adam adama rast gələr. (Atalar sözü)
2. Yaylaq, dağüstü düzənlik; “aran” qarşılığı olaraq uca yer, dağlıq yer. □ Bir qədər çaydan uzaq; Od qalamış dağda çoban. (A.Səhhət)
3. Məcazi mənada: çox möhkəm, əzəmətli, sarsılmaz şey haqqında. □ Bənzərəm bir qocaman dağa ki dəryada durar. (M.Ə.Sabir)
4. Məcazi mənada: çoxluq, böyüklük, ucalıq kimi təşbeh bildirir (çox zaman “kimi” qoşması ilə birlikdə işlənir). □ Kitablar dağ kimi yığılmışdır.
1. Damğa, qızdırılmış dəmirlə qoyulmuş iz.
2. Sifət kimi: qaynamaqda olan, qaynar. □ Saleh dağ sudan çaynikə alıb, onu çalxadı. (M.İbrahimov)
3. Məcazi mənada: ağır dərd, qəm, kədər, qüssə, ürək yarası; şiddətli təsir. □ Ayrılıq dağı. Övlad dağı.
Həmçinin bax: