1. Klassik ədəbiyyatda əbədi, daimi, həmişəyaşar, ölməz mənalarında işlənmişdir. □ Meydir ləbi, əmma bu meyin nəşəsi cavid; Güldür üzü, amma bu gülün var bəqası. (Q.Təbrizi).
2. Zərf kimi: klassik ədəbiyyatda əbədi, daimi, həmişəyaşar, ölməz mənalarında işlənmişdir.
1. Bir çox heyvan və quşların barmaqlarının qarmaqvarı iti ucları. □ Qartal caynağı. Qaraquş da yerdə dovşanın qaçdığını, ya kəkliyin uçmağını gördükdə, ildırım kimi şığıyıb caynağına alacaqdır. (S.S.Axundov).
2. Məcazi mənada: çəng. □ Caynağına keçmək. ...Məni nədən ötrü bu kaftarın caynağına vermisən… (N.Vəzirov).
Həmçinin bax:
1. Cisimlərin bir-birini özünə cəzb etməsi xassəsindən ibarət fiziki hadisə. □ Eynşteynin cazibə nəzəriyyəsi. Cazibə qüvvəsi məlum qarşılıqlı təsir qüvvələrindən ən zəifidir.
2. İnsanın könlünü cəzb edən xassə, cəzbedici qüvvə, lətafət. □ Səndə bir öylə hüsnü cazibə var; Ki, olur hər görən pərəstişkar. (H.Cavid).