1. Erkəkliyi alınmış canlı. □ Axta öküz. Axta qoç. Axta xoruz.
2. Sifət kimi: tumu, çəyirdəyi çıxardılmış. □ Xalq batıbdır noğula, şəkərə, qəndə; Bizim evdə axta zoğal da yoxdur (M.P.Vaqif).
3. Dialekt. İsim kimi: yəhər qaltağının üstünə çəkilən gön.
1. Axta eləmək; heyvanın, ya insanın erkəklik vəzilərini çıxartmaq; burmaq. □ Dananı axtalamaq. Qoçu axtalamaq.
2. Meyvənin tumunu (çəyirdəyini) çıxartmaq. □ Zoğal axtalamaq.
3. Dialekt. Yəhərin qaltaq taxtasının üstünə gön çəkib tikmək. □ Qaltaq axtalamaq.
1. Axtarma işi, kəşfiyyat; bir şey, bir yol, bir çarə və s. arama. □ Neft axtarışı dəstəsi.
2. Bir şey, bir yol, bir çarə və s. arama. □ Daima axtarış yolunda olmaq.
3. Cinayəti sübut edəcək əşyayi-dəlil tapmaq məqsədilə hökumət orqanları tərəfindən icra edilən axtarma, yoxlama işi; təftiş əməliyyatı. □ Yəqin bu evdə axtarış gedirdi (S.Rəhman).
Həmçinin bax: