Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

axtarmaq [axdarmax] feil

1. Gizli, yaxud gizlədilmiş və ya itmiş bir şeyi tapmağa, üzə çıxarmağa çalışmaq, aramaq.Yerə düşmüş iynəni axtarmaq. Axtaran tapar (Atalar sözü).
2. Əldə etməyə çalışmaq; arzu etmək, bir şeyin olmasına, əmələ gəlməsinə, baş verməsinə çalışmaq. İş axtarmaq. Özünə otaq axtarmaq. Dava-dalaş axtarmaq.
3. Yoxlamaq, araşdırmaq, müayinə etmək, təftiş etmək.Ciblərini axtarmaq. Stolun yeşiklərini axtarmaq.
4. Ummaq, gözləmək.Onda nə ədəb axtarırsan. Bizdə elə şeylər axtarma.
5. Məcazi mənada: həddindən artıq fikir vermək.Böyük işlərə fikir vermir, amma xırda şeyləri axtarır.

Həmçinin bax:

frazeologizm: aş daşandan sonra çömçə axtarmaq frazeologizm: başını dürtməyə yer (kol) axtarmaq frazeologizm: başını soxmağa yer (kol) axtarmaq frazeologizm: canını qoymağa yer axtarmaq frazeologizm: çayaşağı axıdıb çayyuxarı axtarmaq frazeologizm: dava axtarmaq frazeologizm: dırnaq yeri axtarmaq frazeologizm: əl-əl axtarmaq frazeologizm: əli ilə verib ayağı ilə axtarmaq frazeologizm: əliçıraqlı axtarmaq frazeologizm: girməyə siçan deşiyi axtarmaq frazeologizm: göydə axtarırdım, yerdə əlimə düşdü frazeologizm: gündüz çıraqla axtarmaq frazeologizm: keçi can hayında, qəssab piy axtarır frazeologizm: qan axtarmaq frazeologizm: qaranlıq otaqda qara pişik axtarmaq frazeologizm: qaranlıqda iynə axtarmaq frazeologizm: macəra axtarmaq frazeologizm: nəyi qoyub nə axtarırsan frazeologizm: öküzü qaldırıb altında buzov axtarmaq frazeologizm: saman tayasında iynə axtarmaq frazeologizm: siçan deşiyi axtarmaq Azərbaycan dilinin izahlı lüğəti