1. Bir işin görülməsi üçün verilən hökm, göstəriş. □ ..Müqim bəy xanımın tapşırığını bir əmr kimi yerinə yetirmişdi. (S.Rəhimov).
2. Bir işi yerinə yetirmək haqqında əmr, sərəncam yazılmış kağız; əmrnamə. □ Nazirlikdən əmr alındı. Əmrə tabe olmaq. Əmri yerinə yetirmək.
3. Hökumət orqanının, idarə, müəssisə, təşkilat və s. rəhbərlərinin rəsmi sərəncamı. □ Hərbi komissarlığın əmri. İnstitut direktorunun əmri.
İş. □ Sizi bir əmrdən ötrü məsləhətə çağırmışam, gərək haman xüsusda bir tədbir göstərəsiniz. (M.F.Axundzadə).
Həmçinin bax:
1. Klassik ədəbiyyatda oxşar(lar), bənzər kimi(lər) mənalarında işlənmişdir. □ Şiəyəm, əmma nə bu əşkaldən; Sünniyəm, əmma nə bu əmsaldən. (M.Ə.Sabir).
2. Misl, tay-bərabər. □ Əmsalı görünməmiş.
3. Riyaziyyat. Cəbri ifadədə ədədi (ya hərfi) cəmlənmə, axtarılan ədədi əldə etmək üçün müəyyən kəmiyyətə vurulmalı olan ədəd.
4. Riyaziyyat. Fiziki cismin hər hansı bir xüsusiyyətini təyin edən kəmiyyət.
Həmçinin bax: