1. Xəstəlik, yorğunluq və s. nəticəsində gücdən düşmək, əldən düşmək, taqətdən düşmək, zəifləmək. □ Azarladım, ölmədim; üzüldüm, öldüm. (Atalar sözü).
2. Çox köhnəlmək, yıpranmaq, əldən düşmək, cırılmaq, süzülmək, qırılmaq. □ Köynək lap üzülmüşdür.
3. Qopmaq, ayrılmaq, aralanmaq. □ Onun əlləri; Gecə yarısınadək; Sükandan üzülməmiş. (İ.Səfərli).
4. Qurtarmaq üzrə olmaq, qurtarmaq. □ Anbarlardan ərzaq ehtiyatı üzülmür, tələbələrə gündə üç dəfə yemək verilirdi. (S.Rəhimov).
Həmçinin bax: