Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

üz [üz] isim

1. İnsan başının qabaq hissəsi; surət, sifət, çöhrə, sima. Üzünün ifadəsi. Qəşəng üz.

2. Heyvan başının qabaq hissəsi. Qoyunun üzü. İtin üzü.

3. Toxunma şeylərin üst (avand) tərəfi. Parçanın üzü. Xalçanın üzü.

4. Yorğan, balış, döşək və s.-nin üst tərəfini örtən parça və s. Yorğanın üzü qırmızıdır. Döşəyə üz çəkmək.

5. Bir şeyin, tikilinin, binanın və s.-nin qabaq tərəfi, ön tərəfi, irəli tərəfi, qabağı, önü. Maşının arxası çaya, üzü isə meşəyə tərəf idi. (İ.Əfəndiyev).

6. Riyaziyyat. Həndəsi fiqurun başqa səthlə bucaq təşkil edən düz səthi. Kubun altı üzü var.

7. Bir şeyin köçürülmüş, yazılmış surəti, nüsxəsi.Firdovsi şaha göndərdi bir gün “Şahnamə”nin üzünü. (M.Rahim).

8. Su və s. mayelərin səthi, üst tərəfi, üstü. Gölün üzü. Suyun üzündə ördəklər üzür.

9. Göyün biz gördüyümüz tərəfi. Göyün üzünü bulud örtmüşdür. Səmanın üzü açıqdır.

10. “Tərəf”, “səmt”, “yan” mənasında (o, bu, bəri, o biri və s. sözlərdən sonra işlədilir).Təpənin o üzü. Çayın bu üzü.

11. Məcazi mənada: abır, həya, utanma. Adamda üz gərək.

Həmçinin bax:

frazeologizm: Allah üzünə baxıb frazeologizm: astarı üzündən baha gəlmək frazeologizm: az getmək, üz getmək, dərə-təpə, düz getmək frazeologizm: bağlı qapı üzünə açılmaq frazeologizm: bədbəxtlik üz vermək frazeologizm: bəxti üzünə gülmək frazeologizm: bəla üz vermək frazeologizm: bir almanın iki üzü frazeologizm: bir medalın iki üzü frazeologizm: bir üzü qız, bir üzü gəlin olmaq frazeologizm: bir üzünə tüpürürsən, o biri üzünü çevirir frazeologizm: bu mənim üzüm, bu sənin üzün frazeologizm: dünyanın hər üzünə bələd olmaq frazeologizm: dünyanın hər üzünü görmək frazeologizm: evi elçi üzü görməmək frazeologizm: əli üzündə qalmaq frazeologizm: fələk üz döndərdi frazeologizm: göy üzünü tutmaq frazeologizm: həyatın hər üzünə bələd olmaq frazeologizm: həyatın hər üzünü görmək frazeologizm: iç üzü açılmaq frazeologizm: işıq üzü görmək frazeologizm: işıq üzünə həsrət qalmaq frazeologizm: kağız üzərində qalmaq frazeologizm: kasıblığın üzü qara olsun frazeologizm: kökünü yer üzündən kəsmək frazeologizm: qapıları üzünə bağlamaq frazeologizm: qapını üzünə çırpmaq frazeologizm: qapısı üzünə açıq olmaq frazeologizm: qazanc üzü görməmək frazeologizm: medalın tərs üzü frazeologizm: nə dəvənin südü, nə ərəbin üzü frazeologizm: nəslini yer üzündən silmək frazeologizm: pis üz göstərmək frazeologizm: şapalaqla üz qızartmaq frazeologizm: şeytanın əli üzündə qalıb frazeologizm: şillə ilə üz qızartmaq frazeologizm: taleyi üz çevirmək (döndərmək) frazeologizm: taleyi üzünə gülmək frazeologizm: ulduzu üzünə gülmək frazeologizm: üz ağartmaq frazeologizm: üz çevirmək (döndərmək) frazeologizm: üz göstərmək frazeologizm: üz göstərməmək frazeologizm: üz qaralığı gətirmək frazeologizm: üz qoymaq frazeologizm: üz qoymamaq frazeologizm: üz tutmaq frazeologizm: üz verdikcə astar istəmək frazeologizm: üz vermək frazeologizm: üz vurmaq frazeologizm: üzdən getmək frazeologizm: üzə çıxarmaq frazeologizm: üzə çıxmaq frazeologizm: üzə durmaq frazeologizm: üzə düşmək frazeologizm: üzə salmaq frazeologizm: üzə vermək frazeologizm: üzə vurmamaq frazeologizm: üzü açılmaq frazeologizm: üzü astarından baha başa gəlmək (çıxmaq) frazeologizm: üzü bəzək, altı təzək frazeologizm: üzü dabbağda yuyulub frazeologizm: üzü daşdan bərk olmaq frazeologizm: üzü dönmək frazeologizm: üzü gəlməmək frazeologizm: üzü gülmək frazeologizm: üzü olmamaq frazeologizm: üzü sirkə satmaq frazeologizm: üzü şeyx, astarı kafir frazeologizm: üzündə abır olmamaq frazeologizm: üzündə abır-həya olmamaq frazeologizm: üzündə su olmamaq frazeologizm: üzündə şeytan tükü var frazeologizm: üzündə yazılmaq frazeologizm: üzündən keçə bilməmək frazeologizm: üzündən qan qaçmaq frazeologizm: üzündən nur yağmaq (tökülmək) frazeologizm: üzündən zəhrimar yağmaq (tökülmək) frazeologizm: üzünə ağ olmaq frazeologizm: üzünə baxa bilməmək frazeologizm: üzünə baxmaqla doymaq frazeologizm: üzünə bozarmaq frazeologizm: üzünə çırpmaq (vurmaq) frazeologizm: üzünə dan yeli dəyməyib frazeologizm: üzünə durmaq frazeologizm: üzünə ələk tutmaq frazeologizm: üzünə gün doğmaq frazeologizm: üzünə itin sözünü demək frazeologizm: üzünə qabarmaq frazeologizm: üzünə qapılar açıq olmaq frazeologizm: üzünə qapılar açılmaq frazeologizm: üzünə qayıtmaq frazeologizm: üzünə qoymaq frazeologizm: üzünə pərdə çəkmək frazeologizm: üzünə salmaq frazeologizm: üzünə şax baxmaq frazeologizm: üzünə tüpürmək frazeologizm: üzünə üz bağlamaq frazeologizm: üzünə üz tutmaq frazeologizm: üzünə yaxşı baxmaq frazeologizm: üzünü açmaq frazeologizm: üzünü ağ eləmək frazeologizm: üzünü bozartmaq frazeologizm: üzünü bulud almaq frazeologizm: üzünü it də görsə, yalamaz frazeologizm: üzünü qara eləmək frazeologizm: üzünü turşutmaq frazeologizm: üzünü yumşaq görmək frazeologizm: üzünün dərisi getmək frazeologizm: üzünün pərdəsi yırtılmaq frazeologizm: üzünün suyu getmək (tökülmək) frazeologizm: üzünün suyunu tökmək əvəzlik: nə üzlə Azərbaycan dilinin izahlı lüğəti