1. Bir şeyin ən yuxarı səthi, üzü; üzər. □ Şkafın üstünü təmizləmək.
2. Sifət kimi: yuxarıda olan, yuxarıda yerləşən, yuxarıdakı. □ Üst çənə. Üst dişlər.
3. Uzanmış halda olan adamın üst tərəfi. □ Memar Sadıqzadə üstünə çəkdiyi ipək yorğanı sinəsinə qədər endirdi. (S.Rəhimov).
4. Tikilinin, binanın yuxarıdakı səthi; dam. □ Anbarın üstü örtülmüşdür.
5. Üzər. □ Kərimov cəld addımlarla çay kollarının üstündən keçib getdi. (H.Seyidbəyli).
6. Geyimin bayır tərəfi, üzü. □ Üstünü ləkələmək. Üstünü silkələmək.
7. Sifət kimi: üstdən geyilən. □ Mürşüd kişi köhnə qara şal pencəyinin ətəyini yuxarı qaldırıb, üst köynəyinin yamağını göstərdi. (Ə.Vəliyev).
8. Paltar, üst-baş. □ Üstünü dəyişdirmək. Üstünü şotkalamaq.
9. Kənar, qıraq, yaxınlıq. □ Bu bağça mənim yolumun üstündə idi. (Mir Cəlal).
10. Bel, dal. □ Əbil kəhər atın üstündə çox vüqarla oturmuşdu. (Ə.Vəliyev).
11. Üstündə şəklində – səbəb bildirir; ...görə, ...səbəbinə. □ Sənin üstündə mənə söz gələcək. Hər şeyin üstündə adam əsəbiləşməz.
12. Barəsində, haqqında, xüsusunda. □ Mən Səfiqulunun xalasıyam. Səninlə bir mətləb üstə danışmaq istəyirəm. (N.Vəzirov).
13. Sifət kimi: üstündəki şəklində – ixtiyarındakı, öhdəsindəki, üzərindəki. □ Bainhəmə mən də və mənim üstümdəki qoşun da, hamımız özümüzü sənə qurban demişik. (Ə.Haqverdiyev).
Həmçinin bax: