mürəkkəb adların tərkibində işlənən Abdul və Rəşid sözlərinin birləşməsindən (əslində abd ər-Rəşid) əmələ gəlmiş şəxs adıdır.
Abdurrəşid (bax: ad – ABDUL; RƏŞİD) kişi adı daim bəndələrinə doğru yol göstərə bilənin (Allahın) qulu anlamına gəlir. Adın təhrif olunmuş Abdulrəşid, Abdurəşid formaları da sonradan müstəqil kişi adları kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən Abdul və Rəzzaq adlarının birləşməsindən (əslində abd ər-Rəzzaq) əmələ gəlmiş şəxs adıdır.
Abdurrəzzaq (bax: ad – ABDUL; RƏZZAQ) kişi adı ruzi verənin (Al- lahın) qulu anlamına gəlir. Adın təhrif olunmuş Abdulrəzzaq, Abdurəzzaq formaları da sonradan müstəqil kişi adları kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən Abdul və Salam adlarının birləşməsindən (əslində abd əs-Səlam) əmələ gəlmiş şəxs adıdır.
Abdulsalam (bax: ad – ABDUL; SALAM) kişi adı yaratdıqlarını salamat edənin (Allahın) qulu anlamına gəlir. Adın təhrif olunmuş Abdusalam forması sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən Abdul və Səlim adlarının birləşməsindən (əslində abd əs-Səlim) əmələ gəlmiş şəxs adıdır.
Abdulsəlim (bax: ad – ABDUL; SƏLİM) kişi adı salim olanın (Allahın) qulu anlamına gəlir. Adın təhrif olunmuş Abdusəlim forması da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən Abdul və Varis adlarının birləşməsindən (əslində abd əl-Varis) əmələ gəlmiş şəxs adıdır.
Abdulvaris (bax: ad – ABDUL; VARİS) kişi adı hər şeyə varis olanın (Allahın) qulu anlamını ifadə edir. Adın təhrif olunmuş Abdulvariz forması sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti