ərəb. salim (əslində silm, yaxud salim) sözündəndir. Səlimə qadın adı salamat, dinc, sakit, əmin, həmçinin xalis, təbii, səmimi mənasını ifadə edən Səlim kişi adından (bax: ad – SƏLİM) ənənəvi yolla yaranmışdır.
XX əsrdə məişətimizdə populyar qadın adları sırasında olan Səlimə qadın adı bu gün dəbdən düşmüşdür. Adın daşıyıcıları, əsasən, orta və yaşlı nəslin nümayəndələridir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti