fars. zivar sözündən olub, bəzək, süs, həmçinin daş-qaş anlamlarını ifadə edir. Zivər şəxs adı bəzək, bəzək əşyaları mənasındadır.
Zivər adı Azərbaycanda XX əsrə qədər müştərək şəxs adları sırasında olsa da, XX əsrin ortalarından yalnız qadın adı kimi işlənir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. ziyarat sözündən olub, ehtiram və xatırlama əlaməti olaraq İslam dinində müqəddəs hesab edilən yerlərə, məzarlara baş çəkmək, həmçinin hörmət əlaməti olaraq birini görməyə, kiminlə isə görüşməyə, görüş, baş çəkməyə gəlmə anlamlarını ifadə edir.
Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Ziyarət hörmət əlaməti olaraq baş çəkmə, görüşünə gəlmə mənasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiyunan. zoya (əslində zoe) sözü dilimizə tərcümədə həyat, mövcudluq, mövcud olma anlamlarını ifadə edir.
XX əsrin iyirminci illərindən Azərbaycan antroponimikasına daxil olmuş Zoya birbaşa deyil, rus dili vasitəsilə keçmiş, lakin məişətimizdə uzunömürlü ola bilməmiş qadın adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. zöhra əslində Günəş sisteminə daxil olan yeddi ulduzdan biri olub, Şərqdə eşq ilahəsi Venera planetinin adıdır.
Zöhrə görünən ulduzların arasında ən parlaq olanıdır. Qədim astrologiya elmində Zöhrə ulduzu şənlik və çalğı ulduzu hesab olunur. Dünyanın bir çox xalqlarında məhəbbət və gözəllik ilahəsi kimi məşhurdur. Cümə gününü ifadə edən Zöhrə (Venera) Şərqdə həm də eşq ilahəsi kimi tanınır. Xalq ədəbiyyatımızda da, klassik ədəbiyyatda da adətən gözəllik rəmzi kimi işlədilir. Dini rəvayətə görə, guya parlaq Zöhrə planetinə gümüşü rəngi Məhəmməd Peyğəmbər özü vermişdir. Məşhur “Tahir və Zöhrə” dastanının əsas qəhrəmanlarındandır. XX əsrdə olduğu kimi, bu gün də məişətimizdə geniş yayılmış qadın adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiqəd. yəh. zübeyda (əslində zebida, yaxud zabdiyel) sözündəndir. Ərəb dilində zubeydə formasındadır. Zübeydə dilimizə ərəb dilindən keçmə qadın adları sırasındadır. Dilimizdə gülümbahar çiçəyi mənasındadır.
Xəlifə Harun ər-Rəşidin arvadı Amatül-Əzizin ləqəbi Zübeydə olmuşdur. Onun babası İslam tarixinə xəlifələrdən biri kimi daxil olmuşdur. Qız kiçik olarkan ona Zübeydə ləqəbini özü vermişdi. Bəzi izahlı lüğətlərdə ərəb dilində zabbada sözündən olması və Tanrı tərəfindən bağışlanmış, seçilmiş, Allahın hədiyyə etdiyi anlamlarını ifadə etməsi barədə məlumatlara da rast gəlinir. Bu mülahizələri də kənarlaşdırmaq olmaz. Adın təhrif olunmuş forması Zibeydə də sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti