Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

XAQANİ türk.

xaqan sözündəndir. Xaqani (bax: ad – XAQAN) şahənşaha, böyük hökmdara, xanlar xanına, imperatora mənsub olan mənasındadır.

Xaqan sözü ilə əlaqədar olsa da, Xaqani kişi adı Azərbaycan antroponimikasında təxəllüsdən yaranmış şəxs adları sırasındadır. Klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof, nasir Xaqani Şirvaninin (1120-1199) təxəllüsündəndir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

XAN türk mənş.

kaan/kağan sözündəndir.

Xan (kaan® kan®qan®xan) yalnız türklərdə deyil, çin, monqol, hind və başqa dövlət başçılarına da verilən titul, ünvan, addır. Xan sözü şahənşah, hökmdar, imperator, başçı, rəhbərlik edən və buna yaxın mənaları ifadə edir. Azərbaycan xanlıqlara bölünərkən hər xanlığın öz rəhbəri, başçısı, xanı olurdu. Xan kişi adı Azərbaycan antroponimikasında titullardan yaranmış şəxs adları sırasındadır. Qeyd etmək lazımdır ki, adın XX əsrin otuzuncu illərindən sonra məişətimizdə yayılmasında xalqın sevimli xanəndəsi Azərbaycanın Xalq Artisti Xan Şuşinskinın (əsl adı İsfəndiyar Aslan oğlu Cavanşirdir, 1901-1979) təxəllüsü ilə əlaqədardır. İstedadlı xanəndə muğam dərsləri verməklə yanaşı, əsl yaradıcı sənətkar olaraq milli musiqi xəzinəmizi də yeni mahnılarla zənginləşdirən istedadlı bir şəxsiyyət olmuşdur. Məişətimizdə sənətkarın qəbul etdiyi Xan (öz sahəsində ən yüksəkdə olan mənasında) təxəllüsündən formalaşmış kişi adı bugünə qədər mövcuddur. Azərbaycan antroponimikasında Xan şəxs adı ilə yanaşı tərkibində adın işləndiyi həddən artıq mürəkkəb antroponimlər mövcuddur. Belə şəxs adlarının bəziləri saf antroponimlər, yəni mürəkkəb adın hər iki komponenti dilimizin öz sözlərindən ibarət olan adlardır. Məsələn, Ağaxan (bax: ad – AĞAXAN), Elxan (bax: ad – ELXAN), Xanoğlan (bax: ad – XANOĞLAN), Xankişi (bax: ad – XANKİŞİ) və s. Bəziləri isə qovuşuq, hibrid şəxs adla- rıdır. Məsələn, Məhəmmədxan (bax: ad – MƏHƏMMƏDXAN), Bədirxan (bax: ad – BƏDİRXAN), Əlixan (bax: ad – ƏLİXAN), Xanbuta (bax: ad – XANBUTA) və s.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

XANBUTA azərb.

mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş xan titulu və fars. Buta adının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Xanbuta (bax: ad – XAN; BUTA) kişi adı güllərin xanı, xan buta, həmçinin xan övladı, xan oğlu mənalarını ifadə edir. Xanbuta antroponimi bu gün Azərbaycan dilində çox nadir adlardan olsa da, Xanbutayev, Xanbutalı soyadlarının kifayət qədər mövcud olması adın məişətimizdə yaxın keçmişə qədər geniş yayıldığına dəlalət edir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti