ərəb. Tuba və mürəkkəb adların tərkibində işlənən Xanım adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Tubaxanım (bax: ad – TUBA; XANIM) qadın adı Tuba xanım anlamındadır. Adın təhrif olunmuş forması Tubuxanım da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətitürk. Tura və mürəkkəb adların tərkibində işlənən Xanım adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Azərbaycan antroponimikasında iki titulun, iki sinonimin, iki mənaca daralmış sözün birləşməsi ilə yaranmış şəxs adları sırasında olan Turaxanım (bax: ad – TURA; XANIM) qadın adı hökmdarlar hökmdarı, başçılar başçısı anlamlarını ifadə edir. Adın təhrif olunmuş Turəxanım forması da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir. Bu gün məişətimizdə ad yalnız Turəxanım şəklindədir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiazərb. turan sözündən olub, türklərin eli, türklərin vətəni, türklərin yaşadığı yer mənasındadır.
Turan qədim iranlılar tərəfindən Türküstan və Tatarıstana verilən addır. Bu yerdə erkən dövrlərdən türk qəbilələri məskunlaşdığı üçün Turan (yəni türklər, yaxud türk eli) adlandırılmışdır. Qədimdə Orta Asiyada türklərin yaşadığı yerin adı da Turan olmuşdur. Turan sözünə erkən dövrlərə aid Orxon-Yenisey abidələrində rast gəlinir. Məlum olduğu kimi, Turan toponimik vahidi tur teonimi əsasında yaranmışdır. Bu söz müasir ədəbi dilimizdə ümumi leksik vahid kimi işlənmir. Yeri glmişkən qeyd etmək lazımdır ki, Tur həm də Sina yarımadasında Ərəbistan yarımadası ilə Misir arasında yerləşən dağın adıdır. Dini əfsanələrə görə, Tanrı Musa Peyğəmbərlə ilk dəfə danışıq yeri olaraq həmin dağı uyğun görmüşdür. Azərbaycan onomastik vahidlər sistemində Turan yalnız şəxs adı olaraq mövcuddur, türk xalqlarının onomastik vahidlər sistemində təkcə şəxs adı kimi deyil, həm də toponim kimi işlənməkdədir. Məsələn, Tuvada Turan çayı (Uyuk-Turan) və Turan şəhəri, türklərin şərq qolu ilə bağlı arealda Toran, Toranqul, Tura və s. Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Turan bu gün məişətimizdə geniş yayılmışdır. Adın sonuna -a sonluğu artırmaqla Turanə variantı da yaranmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. tuti sözündəndir. Tuti qadın adı tropik və ya subtropik ölkələrin meşələrində yaşayan alabəzək rəngli quşun adındandır.
Məcazi mənada öz fikri olmayıb, başqasının fikirlərini təkrar edəndir. Tuti adının dilimizin ahəng qanununa uyğun dəyişmiş Tutu forması da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir. Bu gün məişətimizdə ad yalnız Tutu şəklindədir.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. mürəkkəb adların tərkibində işlənən Tuti və azərb. Bika adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Tutibikə (bax: ad – TUTİ; BİKƏ) qadın adı Tuti kimi bəzənmiş (qadın) anlamındadır. Adın daşıyıcılarından xalqımızın tarixində Fətəli xanın həyat yoldaşı Tutibikə cəsarətli xanım kimi çətin anlarda xanın silahdaşı kimi döyüşlərə qatılmış, yeri gələndə hətta qoşun rəhbərliyini də öz üzərinə götürən mətanətli qadınlarımızdan olmuşdur. Tutibikə adının sonradan dəyişmiş Tutubikə forması da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir. Bu gün məişətimizdə ad yalnız Tutubikə şəklindədir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti